Qarabağ
Qarabağda sülhməramlılar: bu qüvvələrin missiyası nədir?
Azərbaycan Ordusunun zəfəri Ermənistanı kapitulyasiyaya məcbur etdi. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı bəyannamə ilə ordumuzun hərbi cəbhədəki qələbəsi diplomtik masada rəsmiləşdirildi.
Razılaşmanın nəticəsində müharibə bitdi, münaqişə həll edildi, ərazi bütövlüyümüz bərpa olundu. Lakin cəmiyyətdə müzakirə olunan bir sual var:
Sülhməramlılar bölgəyə niyə gəldi?
Bu suala sülhməramlılar gəlməsəydi nə olardı sualı kontekstində baxdıqda məsələnin mahiyyətini anlamaq daha asandır:
- Müharibə başa çatandan sonra da, Ermənistan hücumlarını və iddialarını davam etdircəkdi;
- Azad olunmuş ərazilərə əhalinin qayıdışında problemlər yaranacaqdı, çünki atəşkəs olmayacaqdı.
Sülhməramlıların gəlişi ilə münaqişə başa çatdı. Beynəlxalq təcrübədə də sülh yaradan qüvvələr adətən atəşkəsin qorunmasında mühüm rol oynayırlar.
Cəmiyyətdə gedən müzakirələr isə bəzi hallarda sülhməramlı missiyasının mahiyyətinin düzgün başa düşülmədiyini, yaxud ümumiyyətlə təhrif edildiyini deməyə əsas verir.
Sülhməramlı missiya nədir?
BMT mandatlı və bu mandatdan kənarda olan qüvvələr münaqişə tərəfləri ilə razılaşdırılmış qaydada münaqişə bölgəsində sülhü təmin etmək məqsədilə fəaliyyət göstərirlər. Hazırda sülhməramlı qüvvələr Kosovo, Əfqanıstan, İraq, Haiti, Kipr, Livan, Suriya, Cənubi və Şimali Sudan, Mali, Kot-divuar və digər münaqişə bölgələrində müvafiq missiya yerinə yetirirlər. Ümumilikdə BMT mandatlı 13 sülhməramlı missiya mövcuddur, bundan başqa BMT mandatı altında fəaliyyət göstərməyən daha 7 sülhməramlı missiya vardır.
Situasiyadan asılı olaraq sülhməramlıların missiyası fərqlənir. Lakin bütün sülhməramlı missiyalar öz fəaliyyətində beynəlxalq hüquqa və BMT-nin baza prinsiplərinə əsaslanırlar, münaqişə bölgələrində sülhün və təhlükəsizliyin təmin edilməsinə dəstək verirlər.
Missiyalar bir-birindən fərqlənsə də, hər bir əməliyyata aid olan ümumi cəhətlər mövcuddur:
- Sülhməramlılar münaqişə tərəflərinin hər ikisinin razılığı əsasında müvafiq bölgəyə yerləşdirilir;
- Sülhməramlılar qərəzsiz və neytral olmalıdır;
- Sülhməramlılar yalnız mandatlarının hüdudları çərçivəsində və özünümüdafiə məqsədilə silah istifadə edə bilərlər;
- Əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə dəstək göstərilməsi missiyanın başlıca vəzifəsidir;
- Keçid dövrünün çətinlikliklərinin aradan qaldırılmasına və tərəflər arasında əlaqə üçün yerli qarşılıqlı işlək mexanizmlərinin yaradılmasına dəstək göstərilir;
- BMT sülhməramlıları olmayan missiyaların fəaliyyəti üçün müəyyənləşdirilən hüquqi baza və onların həyata keçirdiyi sülhməramlı əməliyyatlar beynəlxalq hüquqa əsaslanır;
BMT-nin baza prinsipləri və beynəlxalq təcrübə təsdiqləyir ki, sülhməramlıların missiyası sülhü bərpa etmək, atəşkəsin əməl edilməsi mexanizmlərini həyata keçirməkdir.
Noyabrın 10-da imzalanan Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış birgə bəyannamə Dağlıq Qarabağa sülhməramlıların yerləşdirilməsinin hüquqi bazasıdır.
Qarabağdakı Rusiya sülhməramlıları...
Dağlıq Qarabağa yerləşdirilən sülhməramlı kontingent Rusiya silahlı qüvvələrinin 15-ci əlahiddə sülhməramlı motoatıcı briqadasının hərbçiləridir. Həmin briqada Rusiyada BMT mandatı altında sülhməramlı missiyalarda iştirak üçün xüsusi yaradılmış yeganə heyətdir.
Sülhməramlı missiya Dağlıq Qarabağa dəqiq və konkret məqsədlə yerləşdirilib: dövlət başçılarının birgə bəyanatında nəzərdə tutulmuş vəzifələrin icrasına dəstək göstərmək.
Sülhməramlılar nə edəcək?
Noyabrın 10-da imzalanan bəyannaməyə əsasən Kəlbəcərin (15 noyabr), Ağdamın (20 noyabr) və Laçının (1 dekabr) boşaldılmasını, erməni qoşunlarının çıxarılmasını, daha sonra əhalinin evlərinə qayıdışının təhükəsizliyini təmin edəcək.
Bu sülhməramlıların əsas vəzifəsi razılaşmanın həyata keçirilməsinə kömək etməkdir.
Asif Nərimanlı
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO