Qarabağ
Bu, əlavə xərclərin və vaxt itkisinin qarşısını alır - Deputat
“Noyabr ayının 10-da imzalanan üçtərəfli bəyanatda əksini tapan 9 maddənin tələbləri ardıcıl olaraq yerinə yetirilir. Bu, Azərbaycanın tam qələbəsini təmin edən sənəd olmaqla bərabər, üç rayonumuzun da döyüşsüz olaraq qaytarılması deməkdir”.
Bunu Publika.az-a millət vəkili Hikmət Babaoğlu deyib.
O bildirib ki, hazırda anlaşma əsasında nəzərdə tutulmuş Ağdam, Laçın və Kəlbəcər rayonları müzəffər ordumuzun tam nəzarəti altındadır: “Bu böyük qələbələr xalqımızın və bütövlükdə regionumuzun tarixində yeni sülh və əməkdaşlıq mərhələsinə yol açır. Hazırda prosesin tərkib hissəsi olaraq Rusiya sülhməramlılarının regiona gəlməsi davam etdirilir. Sonuncu belə sövqetmə Azərbaycanın Rusiya Federasiyası ilə həmsərhəd bölgəsi olan şimal rayonlarımızdan daxil olmaqla Bərdəyə istiqamətləndirildi və tam təhlükəsiz şəraitdə sülhməramlılar və humanitar yüklər təyinat məntəqəsinə çatdırıldı. Bu fakt bir daha Rusiya ilə Azərbaycan arasında qarşılıqlı etibar və etimada söykənən münasibətlərin göstəricisi olmaqla bərabər, həm də ölkəmizin üzərinə götürdüyü hər hansı anlaşma şərtlərini məsuliyyətli dövlət kimi yerinə gətirməsi hadisəsidir”.
Deputat qeyd edib ki, bu vaxta qədər Rusiyadan gətirilən yüklər və sülhməramlı kontingent hava nəqliyyatı vasitəsilə Ermənistan üzərindən baş tuturdu ki, bu da əlavə xərclər və vaxt itkisi hesabına başa gəlirdi: “Azərbaycanın üzərindən keçən yol nəqliyyat kommunikasiyası isə həm əlavə xərclərin, həm də vaxt itkisinin qarşısını alır. Dekabrın 1-dən sonra biz de-fakto post-müharibə mərhələsinə qədəm qoyacağıq ki, bu da özlüyündə üçtərəfli bəyanatda əksini tapan kommunikasiyaların açılmasının başlanğıc mərhələsi hesab olunacaq. Kommunikasiyaların açılması isə yeni qarşılıqlı inteqrasiya və əməkdaşlıq üçün lazımi şərtləri formalaşdıracaq. Hesab etmək olar ki, yüklərin Azərbaycandan daşınması artıq bu yeni mərhələnin başlanmasının işarəsidir və onun insidentsiz baş tutması özlüyündə növbəti əməkdaşlıq münasibətləri üçün də çoxtərəfli etimad mühitinin yaranmasına xidmət edir. Nəticə etibarilə hamımız bilirik ki, regionumuzda sülhün və əməkdaşlığın bərqərar olunması, xüsusilə bunun Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasından sonra baş verməsi hamıdan çox elə Azərbaycanın istəyi idi və biz bu məqsədimizə çatmışıq”.
Akqabay Mıradov
-
Nida Xəbər 11:36
General Bərxudarov vəzifədən azad olunmasına belə reaksiya verdi: "Bu söhbətin başını buraxın"
-
İqtisadi gündəm11:00
Neft həftəyə bu qiymətlə başladı
-
Sosial10:30
Yeni qanun: Müəllimləri təhqir edənlər 12 min manata qədər cərimələnəcək
-
Kriminal10:06
Bu gözəl dünya çempionunu depressiyadan xilas edərək futbola necə qaytarıb? - FOTOLAR
-
MDB09:54
Putinin ad günü tarixə düşdü: Moskvada göydən yerə...
-
MDB09:24
Ukrayna PUA-ları hücum etdi: Krımda neft anbarı belə partladıldı - VİDEO
-
Sosial08:48
Biri Bakıdakı, digəri Cəbrayıldakı evinə qayıtdı - VİDEO
-
Sosial08:24
SOS: Bakıda elə məktəb ləvazimatları satılır ki... - FOTO