Qarabağ
Ordumuz qələbəni buna görə qazandı - Ekspert DETALLARI AÇDI
Bütün Azərbaycan xalqı ilə birlikdə sevinirəm, əsas məqam ondan ibarətdir ki, biz Laçını döyüşsüz aldıq, qan tökməmişik, şəhid verməmişik.
Bu sözləri Publika.az-a açıqlamasında hərbi ekspert Azad İsazadə deyib. O bildirib ki, Laçın strateji baxımdan çox vacib rayondur:
“Ermənistanla Qarabağ arasında yerləşən rayon həmişə strateji rol oynayıb. Üstəlik, Laçının dağları da strateji əhəmiyyət daşıyan yüksəkliklərdir. Bu yüksəkliklər indi bizim əlimizdədir. Laçın dəhlizi artıq düşmənin əlindən çıxıb, bu əraziyə hələlik Rusiya sülhməramlıları nəzarət edir. Laçının qaytarılması ilə biz dayanmırıq, siyasi-diplomatik müharibə davam edir, Laçında yaşayan azərbaycanlıların köçürülməsi, Türkiyə sülhməramlılarının gəlib nəzarət etməsi, eyni zamanda Azərbaycan-Ermənistan sərhəd-gömrük və digər məsələləri həll etməliyik”.
Hərbi ekspert qeyd edib ki, Azərbaycan Ordusunun 44 gün ərzində Ermənistan üzərində parlaq qələbə qazanmasının səbəblərindən biri hərbi texnikanın daha müasir olmasıdır:
“Son bir neçə ildə Azərbaycanın dövlət büdcəsindən irihəcmli vəsaitlər məhz ordunun inkişafına, onun təchizatının yüksəlməsinə ayrılıb. Uğurun başqa bir sirri odur ki, Azərbaycan bu müharibəyə daha hazırlıqlı idi. Texnika məsələni həll etmir, texnikanı idarə edən əsgər və zabitlərimizdir. Bu baxımdan Azərbaycan əsgəri daha peşəkar tərpəndi və bu peşəkarlıq nəticəsində də qələbəni əldə edə bildik. Azərbaycan Ordusu ən çətin döyüş tapşırıqlarını çox böyük rəşadətlə yerinə yetirdi”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
