Qarabağ
Sosioloqdan şəhid ailələri üçün yeni təklif: Xüsusi fondlar yaradılsın
İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələrinə münasibət daha da dəyişəcək, onların daha çox qayğısına qalmağa çalışacaq və daha çox ehtiram göstərəcəyik. Azərbaycan indi sürətlə inkişaf edən bir ölkədir, artıq qalib ölkəyik. Odur ki, şəhid ailələrinə münasibət də yüksək səviyyədə olacaq.
Bu sözləri Publika.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.
Sosioloq bildirib ki, şəhid ailələrinə dəstək bir tərəfdən həm humanistlikdir, həm də bizim başlıca borcumuzdur:
“Oğullarımız vətən yolunda öz canını qurban verib. Qanını Azərbaycanın bütövlüyü yolunda axıdan əsgər və zabitlərimizin xatirəsinə hörmət əlaməti olaraq şəhid ailələrinə kömək etməliyik. Ailə başçılarını, övladlarını itirən insanların maddi ehtiyaclarını nə cürsə kompensasiya etməliyik ki, ailə özünü kimsəsiz hiss etməsin.

Bu gün biz şəhid ailələrinə nə qədər çox hörmət etsək, yeni böyüyən nəslin vətənpərvər yetişməsinə çox müsbət təsir edəcək. Yeni nəsil görəcək ki, torpaq uğrunda canını fəda edən qəhrəmanlarımızın ailələrinə layiq olduğu diqqət və qayğı yüksək səviyyədədir. Sözsüz iki, dövlət bütün imkanları daxilində onlara lazım olan hər bir köməkliyi göstərəcək. Eyni zamanda şəhid ailələri üçün xüsusi fondların yaradılmasını təklif edirəm. İnsanlar bu fondlara pul köçürməklə şəhid ailələrinə öz minnətdarlığını ifadə edə bilər. Digər tərəfdən rəsmiyyətə ehtiyac yoxdur, başa düşməliyik ki, torpaq uğrunda şəhid ailələrinə kömək hər birimizin vətəndaşlıq borcudur”.
Aytən Məftun
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)
