Qarabağ
Kanadada yaşayan azərbaycanlılar Şampeynlə görüşdü
Qərargahı Toronto şəhərində yerləşən və ümum-Kanada platforması olan Kanadalı Azərbaycanlılar Şəbəkəsinin (KAŞ) üzvləri ölkənin Xarici İşlər naziri Fransua-Filip Şampeynlə videogörüş keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, məqsəd sentyabrın 27-də Ermənistanın təxribatı ilə başlayan və noyabrın 10-da Azərbaycanın parlaq qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsi barədə məlumatları Xarici İşlər nazirinin nəzərinə çatdırmaq olub.
KAŞ-ın təşəbbüsü ilə baş tutan görüşə şəbəkənin Vankuver, Edmonton, Kalqari, Toronto, Ottava və Montrealdan olan üzvləri qatılıblar.
Görüş zamanı soydaşlarımız bildiriblər ki, Kanadanın Qarabağ məsələsinə dair rəsmi mövqeyini yaxından izləyirlər və Azərbaycan mənşəli kanadalıların fikirlərinin eşidilməsinin ölkənin xarici siyasətinin daha ədalətli və qərəzsiz olmasına xidmət edəcəyini düşünürlər. Tədbir iştirakçıları arasında əslən işğaldan yeni azad edilmiş Fizuli və Şuşadan olan KAŞ üzvlərinin də olduğu nazirin diqqətinə çatdırılıb.
Nazir Şampeyn soydaşlarımızın çıxışlarını diqqətlə dinləyərək münaqişə barədə onların fikirlərinə hörmətlə yanaşdığını bildirib. Görüşün məlumat əldə etmək baxımından çox faydalı olduğunu vurğulayan nazir müharibədə insan həyatının itirilməsini fəlakət adlandırıb. O deyib ki, müharibə başlayan ilk gündən etibarən Kanada dövləti hərbi əməliyyatların dayandırlması üçün səylər göstərib.
Görüş fikir mübadiləsinin aparılması ilə davam edib.
KAŞ indiyədək Kanada və əyalət parlamentlərinin üzvləri və yerli hökumət nümayəndələri ilə intensiv görüşlərdə də Qarabağ məsələsi ilə bağlı soydaşlarımızın narahatlıqlarını qaldırıb.
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
Avropa12:17Milan iğtişaşlarında “Rusiya əli”? - Səfirlikdən kəskin reaksiya və ruslara XƏBƏRDARLIQ
-
Qarabağ 11:36Qarabağ müharibəsindən yeni kadrlar yayıldı: Əksəriyyəti salamat qayıtmadı - Video
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR










.jpg)


.jpg)






















