Qarabağ
Bu, ölkəmizin meydanda tək olmamasının nümayişidir - ŞƏRH
“Zəfər paradı bir sıra tarixi anlarla yadda qaldı. Xüsusi məqamlardan biri də Azərbaycan Ordusunun Ermənistanın darmadağın edilmiş ordusunun hərbi texnikalarını nümayiş etdirməsi oldu”.
Bunu Publika.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
O bildirib ki, digər məqam Azərbaycan Silahlı Qüvvələrinin döyüşdə qəhrəmanlıq nümayiş etdirən hərbi qulluqçularının keçididir: “Yeni texnikaların nümayişində isə “Bayraktar”ı gördük. Bundan başqa, modernləşdirilmiş hərbi texnikalar və Azərbaycanda istehsal olunan pilotsuz uçuş aparatları da nümayiş etdirildi. Ümumilikdə, Zəfər paradında ən vacib məqamlardan biri də Ali Baş Komandan İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi mesajlar idi. Verilən ismarışlardan aydındır ki, Ermənistan Azərbaycana qarşı bir daha belə bir təxribata əl atmaq istəsə, onlar üçün faciə ilə nəticələnəcək”.
R.Məmmədli Türkiyə prezidentinin və türk hərbçilərinin paradda iştirak etməsinin Azərbaycan üçün böyük məna kəsb etdiyini qeyd edib: “Bu, ölkəmizin meydanda tək olmamasının nümayişidir. Hesab edirəm ki, qardaş Türkiyə prezidentinin paradda iştirakı Azərbaycanın düşmənlərinə, döyüş meydanında tək qalmasını istəyən ölkələrə mesaj idi. Türkiyə Silahlı Qüvvələrinin bölmələrinin də paradda iştirakı bu istəklərə qarşı yönələn bir addımdır. Türkiyə və Azərbaycan hərbi-texniki əməkdaşlığı dərin köklərə dayanıb. Bunun qarşısını ala biləcək hər hansı bir güc yoxdur. Türkiyə ilə əməkdaşlığımız təkcə sənəd üzərində deyil, həm də mənəvi bağlarla bir-birinə bağlıdır”.
Akqabay Mıradov
-
Dünya12:08ABŞ və Avropada əhali əmindir: Tezliklə 3-cü dünya müharibəsi başlayacaq - SORĞU
-
Nida Xəbər 11:50İlk dəfə quru yolu ilə Ermənistana gedən Azərbaycan nümayəndə heyətində kimlər var? - SİYAHI
-
İdman10:24Vinisiusun sevgilisi Braziliya karnavalını geyimi ilə fəth etdi - FOTOLAR
-
İdman09:48Ardanın keçmiş məşqçisindən şok açıqlama: Onu “Real”da kimlər sıxışdırır?
-
ABŞ09:12Səhiyyə nazirindən şok etiraf: Unitaz oturacağından kokain iyləmişəm
-
İKT09:00Məşhur "Apple" cihazları satışdan çıxarılır - Siyahı
-
Səhiyyə07:30Ürək problemlərinin ilk simptomları - Ağrı alt çənəyə yayıla bilir
-
Pul03:43Avro ucuzlaşdı, dollar isə...


























.jpg)







.jpg)




