Qarabağ
Millət vəkili - İlham Əliyev çox humanist sənədə imza atdı
“Möhtərəm Prezidentimiz çox humanist sənədə imza atıb. Prezident İlham Əliyevin 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı bir neçə saat əvvəl imzalansa da, artıq ictimaiyyətdə rezonans doğurub”.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib. O qeyd edib ki, Ali Baş Komandanın bu addımı diqqətəlayiqdir:
“Sərancama əsasən sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı kompensasiyanın verilməsi nəzərdə tutulub. Birinci dəfə deyil ki, cənab Prezident belə bir sərancam imzalayır. Bundan əvvəl də analoji sənəd və sərəncamlar imzalanıb. 2016-cı ildə Aprel döyüşləri zamanı Tərtər və bir sıra sərhəd boyunca olan bölgələrdə Ermənistan böyük dağıntılar törətmişdi. Həmin illərdə də möhtərəm Prezident dövlətimizin güc və imkanlarından istifadə edərək erməni təcavüzündən əziyyət çəkən insanlara kompensasiyanın ödənilməsi ilə bağlı tapşırıq vermişdi. Bu gün imzalanan sənəd də əvvəlkilərin məntiqi davamıdır.
İlham Əliyev istər təbii fəlakətlərdə, istərsə də mənfur qonşularımızın törətdiyi hərbi cinayətlərdə zərər çəkmiş hər bir vətəndaşın yanında olub. Hər bir vətəndaş və ailə dövlətimizin gücünü, eyni zamanda Prezidentimizin diqqət və qayğısını hiss edir. Sosial şəbəkələrdə çox yüksək qiymətləndirilən bu sərəncam insanlarımızın dövlət qayğısı ilə əhatə olunduğunun bariz nümunəsidir”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
