Qarabağ
Bu ailələr daim Prezidentin diqqətindədir - Aydın Hüseynov
“İlham Əliyev siyasətinin başlıca mərkəzi Azərbaycan vətəndaşı və onun maraqlarıdır. Vətəndaşların maraqlarının qorunması çərçivəsində şəhid ailələrinə, Qarabağ müharibəsi qazilərinə böyük qayğı göstərilir”.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. O qeyd edib ki, bu ailələrə diqqət İlham Əliyevin və dövlət siyasətinin ana xəttidir:
“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu kimi ailələrin problemlərini həmişə diqqət mərkəzində saxlayıb. Böyük Vətən müharibəsində şəhid olanların və qazi ailələrinin problemlərinin həll olunması istiqamətində görülən işlər cənab Prezidentin diqqətindədir. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində həlak olan vətəndaşlarımız da mülki şəhid statusundadır. Odur ki, onlara diqqət göstərilməsi, mənəvi dəstək verilməsi, vətəndaşlarımızın əmlakına dəyən maddi ziyanın ödənilməsi və bərpa olunması üçün ölkə başçısının xüsusi sərəncamı var.
Bu sərəncama əsasən təcavüz nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılması qərara alınıb. Bu maddi yardımlar evləri dağıdılmış və ya qəzalı vəziyyətə salınmış mülki əhalinin məişət və şəxsi əşyalarına dəymiş ziyana görə və qismən ziyan dəymiş evlər üzrə hər bir ailəyə verilən pul vəsaitlərini əhatə edir.
Qismən ziyan dəymiş evlər üzrə isə ailə üzvlərinin sayından asılı olmayaraq, hər bir ailəyə 1000 manat maddi yardım veriləcək. Hesab edirəm ki, bütünlükdə bu məsələ diqqətdən kənarda qalmayacaq. Hər bir ailəyə xüsusi diqqətlə yanaşılacaq”.
Aydın Hüseynovun sözlərinə görə, bu yaxınlarda “YAŞAT” Fondunun da yaradılması onu göstərir ki, Prezident Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatını xüsusi diqqətdə saxlayır.
Aytən Məftun
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
-
İnanc20 Mart 18:00Tüstüdən gələn mistik güc: Cansız daş da can tapa bilər, əgər...
-
Nida Xəbər 20 Mart 17:06Mehriban Əliyeva xalqımızı bayram münasibətilə təbrik etdi




















.jpg)














.jpg)

