Qarabağ
Şanlı Qələbədən 40 gün keçir
"Şanlı Qələbəmiz və Ermənistanın kapitulyasiyasından təxminən 40 gün keçir. Bu 40 günü rəmzi olaraq Vətən uğrunda canından keçmiş şəhidlərimizin 40-ı günü kimi qəbul etmək olar. Bu gün biz tamamilə yeni, qalib, məğrur Azərbaycanda yaşayırıq. Düşünürəm ki, şəhidlərin ruhuna ən böyük töhfə ölkə rəhbərliyi tərəfindən məhz doğma Qarabağın bərpası üçün hazırlanan böyük planlar, möhtəşəm layihələrdir".
Publika.az xəbər verir ki, bunu açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov bildirib.
Ehtiyatda olan polkovnik fikirlərinə əlavə edib:
"Əslində Qarabağ zəfəri Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən illərdir aparılan siyasətin məntiqi nəticəsidir. Güclü iqtisadiyyat, ən yüksək tələblərə cavab verən müzəffər ordu, yüksək nizam-intizam bu qələbəni şərtləndirən mühüm amillərdir. Əminəm ki, bu qələbə ölkəmizin gələcək inkişafına böyük töhfələr verəcəkdir. Bu günümüzə görə canından keçmiş şəhidlərimizi bir daha ehtiramla anır və onlara Allahdan rəhmət diləyirik".
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?