Qarabağ
Elçin Mirzəbəyli: “Dünyanın hər yerindən “iti qovan kimi” qovulacaqlar”
Paşinyan məqaləsində acı məğlubiyyətin və uğursuzluğun məsuliyyətini öz üzərindən atmaq üçün bəzi həqiqətləri etiraf etməyə çalışsa da, ölkəsinin düşdüyü vəziyyətin əsas səbəbini birbaşa etiraf etməyə cəsarəti çatmayıb.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. O bildirib ki, Ermənistan və ermənilərin qarşılaşdığı bütün problemlərin səbəbi bu dövlətin və bütövlükdə erməniliyin mövcudluğunun zəhərli ultramillətçi, faşizm ideyaları üzərində qurulması, xroniki separatizm xəstəliyi, başqa xalqlara nifrət aşılanması, onların tarixi torpaqlarına yersiz, əsassız ərazi iddiaları irəli sürülməsi, qəsbkarlıq siyasəti, bu iyrənc məqsədlərə çatmaq üçün terrorun, etnik təmizləmə və soyqırımı aktlarının, vandalizmin vasitə kimi seçilməsidir:
“Erməni xalqı bütün bunlardan imtina etməyincə, xilası olmayacaq. Azərbaycan torpaqlarının işğalı, azərbaycanlıların etnik təmizlənməyə, soyqırımına məruz qalması da sadaladıqlarımın nəticəsidir. Ermənistanın Paşinyandan əvvəlki rəhbərliyi də kilsə, diaspor, ultramillətçi, terrorçu erməni təşkilatlarının erməniliyə sırıdığı bu zəhərli ideyaların qanlı icraçıları olub. Ermənistanın sabiq və indiki rəhbərliyinin törətdikləri cinayətlərə, işğala Azərbaycan tərəfindən nöqtə qoyulub. Lakin ermənilərin faciəsinə səbəb olan xəstə ideyalardan, kindən, nifrətdən, aqressiyadan onların özü xilas olmalıdır. Əks təqdirdə dünyanın hər yerindən “iti qovan kimi” qovulacaqlar.
Azərbaycan Prezidentinin siyasi lider, Ali Baş Komandan, diplomat kimi üstünlüyünün etirafına gəlincə, bunun Paşinyan və yaxud digər bir erməni siyasətçisi tərəfindən etirafına kimsənin ehtiyacı yoxdur. Göstərici nəticədir. O nəticə ki, bütün dünya ermənilərini və onların ənənəvi himayəçilərini yerlə bir edib. Çeşidli beyin mərkəzlərinin illərdən bəri hazırladıqları strategiyalar Prezident İlham Əliyevin iti zəkası ilə alt-üst olub. Bu baxımdan artıq kimsə bizim haqqımızda nəyi dedi, yaxud nəyi etiraf etdi komplekslərindən uzaq durmalıyıq. Qoy ermənilər bizim onlar haqqında nə dediyimiz, nə düşündüyümüz barədə müzakirələr açsınlar. Azərbaycan Prezidenti qalib ölkənin lideri, müzəffər ordunun Ali Baş Komandanıdır. Zənnimcə bu, tarixin bütün dövrləri üçün üstün və yetərli bir dəyərləndirmədir”.
Aytən Məftun
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi




































.jpg)


