Qarabağ
Dilqəm Əsgərov: Prokurorlarının yanında 15 nəfər məni döydü
Azad olmağımızla əlaqədar Prezident İlham Əliyevə təşəkkür edirəm. Bir kəlbəcərli kimi bütün Azərbaycan xalqını qələbəmiz münasibətilə təbrik edirəm.
Publika.az xəbər verir ki, bu sözləri 6 il düşmən girovluğunda qalmış Dilqəm Əsgərov Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən əsir-girovluqdan azad edilmiş Azərbaycan vətəndaşlarına həsr edilmiş mətbuat konfransında deyib. O, ermənilərin verdiyi işgəncələrin qeyri-qanuni olduğunu bildirib:
"Məni Kəlbəcərə heç kəs göndərməyib. Bu, mənim birinci səfərim deyildi. 1998-ci ildən bəri gedib gəlirəm. Onlar məni Xankəndinə apardılar, hər iki barmağımı qırdılar. Başımın sümükləri sınıqdır, səhhətimdə problem yarandı. Dəmir boşqabda üç qaşıq makaronlu su verirdilər. 55 kq arıqladım. Taqətdən düşdüm, yeriyə bilmirdim. Həkimə apararkən maşında avtomatla döyürdülər. Elə vaxt olub ki, onların prokurorlarının yanında 15 nəfər məni istintaq zamanı döyüb. 2 il məktub yazmağa imkan vermədilər. Bir tərəfim tamamilə iflic oldu. Başıma gələnlərin hamısını Beynəlxalq Qırmızı Xaç Komitəsi bilirdi. Ancaq tədbir görmədi. Onlardan beynəlxalq qanunları tələb etdim, sonra mənə radio gətirdilər. Mənə ömürlük həbs cəzası verib Şuşaya göndərdilər. Orada vəziyyət acınacaqlı idi. Bir ildən sonra Azərbaycanın təzyiqləri nəticəsində bizə yemək gətirməyə başladılar. 6 il Şuşa həbsxanasında qaldıq. Küçəyə 1 saat çıxa bilərdik. Əvvəl vaxt yarım saat idi. İki dəfə Xankəndidə məni toka verirdilər. Məqsədləri mənim Azərbaycan xalqının və dövlətinin əleyhinə danışmaq idi. Ancaq buna imkan vermədim. Hətta ora xaricdən jurnalistlər gəlmişdi. Orada məni iki dəfə vurdular ki, o jurnalistərə müsahibə verim. Ancaq imtina etdim, dedim yalnız Kəlbəcərdə verə bilərəm. Umidim var idi ki, qurtulacağam. Dövlətimizin apardığı uğurlu siyasəti izləyirdim, ümidim var idi ki, azad olunacağıq. Onlara da dedim ki, gec-tez, Azərbaycan əsgəri gəlib bura çıxacaq. Şükür ki, gəldilər".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
