Qarabağ
"Qarabağın səsi" xeyriyyə konserti keçiriləcək
Yanvarın 10-u Bakı vaxtilə saat 21-də Londonda fəaliyyət göstərən Beynəlxalq Azərbaycan İcmasının və "Red Hearts" Fondu ilə əməkdaşlıq edən könüllülər qrupunun təşəbbüsü ilə "Qarabağın Səsi" ("Voice of Karabakh") adlı qlobal onlayn xeyriyyə konserti keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, Britaniya Azərbaycanlıları İcmasının və Beynəlxalq Azərbaycan İcmasının sədri Fəridə Pənahova bildirib ki, məqsəd Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə zamanı zərərçəkmiş mülki əhaliyə dəstək göstərməkdir. Konsertdə ölkəmizin tanınmış müqənniləri Fidan Hacıyeva, Mirələm Mirələmov, Tünzalə Ağayeva, Miri Yusif, Murad Arif və digərləri iştirak edəcəklər.
"Qarabağın Səsi" xeyriyyə konserti Azərbaycan Beynəlxalq Cəmiyyətinin youtube kanalı vasitəsilə nümayiş etdiriləcək.
Konsertin anonsunu aşağıdakı linkdən izləmək olar:
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?