Qarabağ
Buna görə xarici investorların Qarabağa marağı daha da artacaq – Keçmiş nazir
“Xarici dövlətlərin və əcnəbi investorların işğaldan azad edilmiş ərazilərə marağı təsadüfi deyil. Çünki bölgənin özü maraqlıdır. Qarabağ münbitliyi baxımından seçilən bölgədir. Orada turizmdən, mədən sənayesindən tutmuş aqrar sektora qədər bütün sahələrdə fəaliyyət meydanı var”.
Bunu Publika.az-a açıqlamasında keçmiş maliyyə naziri, professor Fikrət Yusifov deyib. Onun sözlərinə görə, hər kəs Qarabağa investisiya yatırmaqda maraqlıdır:
“Biz Qarabağa investisiya yatıranlar üçün güzəştlərimizi elan edəndən sonra işğaldan azad olunan ərazilərə daha çox investisiya axını olacaq. Hələlik bununla bağlı işlər gedir. Tam başa çatmayıb. Yəni, bundan sonra xarici investorların Qarabağ bölgəsinə axını gözləniləndir”.
Professorun fikrincə, Vətən müharibəsinin qətiyyətlə və qalibiyyətlə başa çatmasının özü dünyaya bir mesajdır: “Azərbaycanın öz torpaqlarında hüquqlarının bərpa olunması o deməkdir ki, ölkəmiz işğaldan azad edilmiş ərazilərin inkişafı üçün əlindən gələni edəcək. Bütün dünya da bunu görür. Ölkələrin də bu bölgəyə xüsusi marağı var. Gözləntilərimiz ondan ibarətdir ki, Qarabağ bölgəsi xüsusi proqram çərçivəsində inkişaf etdiriləcək. Əsaslı şəkildə yenidən qurulacaq. Həmin yenidənqurma və inkişaf planlarında xarici sərmayəçilər üçün yaxşı güzəştlər nəzərdə tutulacaq. Həmin planların özəlliyi də bundan ibarətdir. Bu da təbiidir”.
Tural Turan
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)
