Qarabağ
Cəbhə boyu ərazilərdə 270 partlamamış hərbi sursat aşkarlandı
2021-ci il 15-17 yanvar tarixlərində Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağdam, Ağcabədi, Cəbrayıl, Goranboy, Qubadlı, Zəngilan, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən – 14 (on dörd) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 2 (iki) müraciət daxil olub.
ANAMA-dan Publika.az-a verilən məlumata görə, daxil olmuş 16 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 18 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.
Aparılan əməliyyat-axtarış tədbirləri zamanı 270 ədəd partlamamış hərbi sursat (PHS), 77 ədəd piyada əleyhinə mina, 12 ədəd tank əleyhinə mina, 1 ədəd təlim məqsədli minaatan mərmisi və 11 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Aparılan əməliyyat-axtarış tədbirləri zamanı 9 855 411 kv.m (986 ha) ərazi, 116 km-dən çox yol mina və partlamamış hərbi sursatlardan təmizlənilib, 282 tikili yoxlanılıb.
Agentliyin partlayış qrupu tərəfindən, 807 ədəd mina və 20 ədəd tank əleyhinə mina partladıcısı zərərsizləşdirilıb, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 97 398 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)
