Qarabağ
Putindən QARABAĞ ÇAĞIRIŞI: kömək lazımdır
Beynəlxalq ictimaiyyət Qarabağa humanitar yardım göstərməlidir.
Publika.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Davos Dünya İqtisadi Forumundakı çıxışı zamanı deyib.
Rusiya Prezidentinin sözlərinə görə, Dağlıq Qarabağın humanitar yardıma, infrastrukturun bərpasına, tarix və mədəniyyət abidələrinin qorunmasına ehtiyacı var. O, dünya birliyini Dağlıq Qarabağdakı humanitar problemlərin bərpasına və həllinə kömək etməyə çağırıb.
Putin ötən ilin noyabr ayında Rusiya, Ermənistan və Azərbaycan arasında əldə edilən üçtərəfli bəyanatı xatırladaraq qan tökülməsinin qarşısının alındığını bildirib: “Bu, ən başlıcası, tam atəşkəsə nail olmaq və sabitləşmə prosesinə başlamağa imkan verdi. İndi beynəlxalq birlik və şübhəsiz ki, böhranın həllində iştirak edən ölkələrin qarşısında duran vəzifələr var. Ziyana məruz qalan bölgələrə geri dönən qaçqınlarla əlaqəli humanitar problemlərin həllində, məhv edilmiş infrastrukturun bərpası, tarixi, dini və mədəniyyət abidələrinin qorunması və bərpası ilə bağlı kömək etmək lazımdır”.
Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ bölgəsindəki silahlı qarşıdurmanı dayandırmaq üçün aktiv vasitəçilik səyləri həyata keçirib: “Biz ATƏT-in Minsk qrupunda, xüsusən həmsədrlər - Rusiya, ABŞ və Fransa arasında əldə edilmiş razılaşmaları izləməyə çalışdıq. Bu da yaxşı əməkdaşlıq nümunəsi oldu”.
Zümrüd
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)
