Qarabağ
İmkan vermərik ki, onlar torpaqlarımıza burnunu soxsun – Politoloq
Ölkə başçısı İlham Əliyev fevralın 14-də işğaldan azad olunmuş rayonlara səfər etdi. Orada bir sıra təməlqoyma mərasimlərinə qatıldı. Səfər zamanı Prezident bir sıra məqamlara toxundu.
Dövlət rəhbəri çıxışında söylədi ki, Ermənistanda bəzi revanşist qüvvələr Azərbaycanı növbəti təxribatlarla, müharibə ilə hədələməyə cəhd göstərir. Ölkə başçısı onu da xüsusi vurğuladı ki, bu cür cəhdlər elə əvvəlcədən iflasa məhkumdur.
Prezident İlham Əliyevin bu çıxışını şərh edən bir sıra ekspertlərin fikrincə, Emənistandakı həmin qüvvələr anlamalıdırlar ki, Azərbaycan hər şeyə diqqət yetirir. Eyni zamanda, hər şeyə nəzarət edir və heç vaxt imkan verməyəcək ki, erməni faşizmi bir daha başını qaldırsın.
Ölkə başçısının Füzuli, Zəngilan, Laçın və Cəbrayıl səfərləri zamanı bu kontekstdə səsləndirdiyi fikirləri şərh edən politoloq Fikrət Sadıqov Publika.az-a açıqlamasında söyləyib ki, İrəvanda bəzi qüvvələr bir sıra revanşist bəyanatlar səsləndirirlər: “Guya bunlar Azərbaycandan qisas almaq fikrindədirlər. Revanş almaq fikrinə düşüblər. Əlbəttə, bunlar özü-özlüyündə təhlükəli bəyanatlardır. Ermənistanda həmin revanşist qüvvələr hakimiyyətə gəlsələr, təxribatlarla məşğul ola bilərlər. Hazırda İrəvanda səsləndirilən bu cür ifadələr müəyyən dərəcədə siyasi xarakter daşıyır. Yəni, siyasi şüarlardır. Onların məqsədi indiki hakimiyyəti devirməkdir. Baş verənlərə görə indiki hakimiyyəti günahlandırırlar”.
Politoloqun fikrincə, bu cür bəyanatlar absurd və cəfəngiyyatdan başqa bir şey deyil: “Guya bunlar İrəvanda hakimiyyətə gəlsələr, müəyyən nəticələr əldə edərlər. Dövlət başçısının dili ilə desək, onların belini elə qırmışıq ki, uzun müddət işğaldan azad edilmiş ərazilərdən cəsədlərinin qalıqlarını yığmaqla məşğul olacaqlar.
Ona görə də İrəvanda revanşistlərin səsləndirdiyi fikirlər nə qədər təhlükəli olsa da, həmin bəyanatlar sadə insanların qulağına xoş gəlsin deyə deyilir. Ermənistan vətəndaşları üçün nəzərdə tutulmuş şüarlardır. Biz kifayət qədər güclüyük. Torpaqlarımızı işğaldan azad etməklə bağlı rəsmi Bakının kifayət qədər təcrübəsi var. Heç kimə imkan vermərik ki, yeni hakimiyyətə gəlmiş hər hansısa qüvvə torpaqlarımıza burnunu soxsun”.
Tural Turan
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...

































.jpg)
.jpg)

