Qarabağ
Ermənilər Qarabağda bütün dini abidələri dağıdıblar - Gürcü jurnalist
Azərbaycanlılar 30 ildən sonra işğaldan azad olunmuş ərazilərə, doğma torpaqlarına qayıdacaqlar. Onlar bu arzularının reallaşmasından çox məmnundurlar.
Publika.az xəbər verir ki, bu fikirlər Gürcüstanın Pos TV televiziyasının jurnalisti Ketevan Mamrikişvilinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən hazırladığı xüsusi reportajda səslənib.
Reportaja məcburi köçkünlər Sərxanov Bağdad Təbriz oğlu və Quliyeva Tamella Lətif qızından aldığı müsahibə ilə başlayan telejurnalist onların doğma yurd-yuvaları, eləcə də erməni vandalizmi barədə fikirləri ilə başlanılır.
Hər iki məcburi köçkünün işğaldan azad olunmuş ərazilərə qayıtmaq arzusunda olduğu və torpaqların işğaldan azad olunmasından son dərəcə məmnun qaldıqları vurğulanır. Bildirilir ki, torpaqlarının 30 ilə yaxın bir vaxtda işğal altında qalmasına baxmayaraq azərbaycanlılar öz yurd-yuvalarına qayıtmağa hazırdırlar. Onlar bu günü səbirsizliklə gözləyirlər.
K.Mamrikişvili Qarabağa səfəri zamanı işğaldan azad olunmuş Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və digər rayonlarda gördüklərinə heyrətini gizlətmir.
Reportajda deyilir: “1990-ci ilə qədər bu ərazilərdə azərbaycanlılar yaşayıblar. İşğalından sonra bu ərazilər erməni silahlı birləşmələrinin nəzarətinə keçib. Azərbaycan yenidən bu əraziləri qaytarıb və hər yerdə dağıntılar, müharibənin acı nəticələri görünür. Ağdamda, Füzulidə evlər, tarixi, mədəni, dini abidələr dağıdılıb. Ermənilər məscidlərdə donuz və digər heyvanlar saxlayıblar.
Amma 2020-ci il sentyabrın 27-də Azərbaycan əks-hücumla bu ərazilər yenidən qaytardı. Biz bu əraziləri gəzdikcə müharibənin ağrı acısını, dron və artilleriya atəşləri nəticəsində dağılmış səngərlər, hərbi texnika, silah-sursat, eləcə də ermənilərin əraziləri tərk edərkən yandırdıqları, viran qoyduqları evləri, binaları görürük.
Bu ərazilərdəki məscidlərdə 30 ildən sonra yenidən əzan verilib, dualar oxunub”.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə bərpa, yenidənqurma işlərinə başladığını vurğulayan jurnalist deyir: “Füzulidə beynəlxalq aeroport tikilir. Bu ərazilərdə böyük quruculuq işlərinə başlanılıb”.
Füzulidən sonra Cəbrayıl rayonuna gələn jurnalist deyir ki, bu rayonda da daş üstdə daş qalmayıb.
Reportajda işğaldan azad edilmiş Azərbaycan ərazilərinə səfər edən gürcü politoloq, tarixçi alim Guram Marxuliyanın və gürcü jurnalist, Rondelli Fondunun gürcü tədqiqatçısı Aleksandre Kvaxadze müsahibələri də yer alıb.
Müsahibələrdə müharibənin ağrı-acısı, erməni vandalizmi barədə fikirlər gürcü ictimaiyyətinin diqqətinə çatdırılır.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı















.jpg)














.jpg)



.jpg)

