Qarabağ
Domokl qılıncı kimin başı üzərindədir: Serjikin, yoxsa Nikolun? – Xzmalyandan ŞOK
Tanınmış jurnalist Həmid Herisçi "Ermənistan Avropa partiyası"nın rəhbəri Tiqran Xzmalyanın son çıxışı ilə bağlı maraqlı məqamlara toxunub.
Publika.az H.Herisçinin Ermənistanda baş verənlərlə bağlı Xzmalyanın çıxışından irəli gələn məqamlara toxunduğu yazısını təqdim edir:
"Ermənistan Avropa partiyası"nın rəhbəri Tiqran Xzmalyan az öncə "Noyan Tapan" TV-sinə verdiyi geniş müsahibənin 46-cı dəqiqəsində çox maraqlı bir nüansa toxunub.
O deyib: "2016-cı il aprel döyüşləri bitincə, Serj Sarkisyan, günü elə sabahı, ayın 5-6-da Almaniyaya, ATƏT-in növbəti iclasına yüyürür. Orda sensasion bir açıqlama verərək xüsusi qeyd edir ki, "Ermənistanın artıq heç bir siyası qəyyumu, havadarı yoxdu".
Bununla da o, Rusiya Baş Ordu Qərəgahı, Putinlə qarşıdurmaya çıxır. Səbəb? Səbəb aydındı. O vaxtlar, aprel döyüşləri zamanı o Putinə işğal bölgələrini boşaltmağı şəxsən söz veribmiş.
Ancaq elə sabahısı gün o Avropaya qaçaraq orda ATƏT çətirinə sığınmaq istəyir. Məlum bəyanatla oyun şərtlərini pozur.
Hadisələrin sonrakı inkişafı da maraqlıdır.
Artıq 2017-ci ilin mayında işğal altındakı ərazilərimiz, erməni tərəfindən sərhəd boyu xüsusu elektron qoruma sistemiylə əhatələnir. ABŞ istehsalı olan bu elektron qoruma sistemini ərazidə Amerikadan gəlmiş bir general qurubmuş. "Kommandos" ləqəbli erməni general-mayoru Arkadiy Ter Tadovasyan, həmin 2017-ci ilin mayında, "Lraqir.am" saytına verdiyi müsahibədə bu sistemdən xüsusi danışıb. Rus istehsallı "Verba" raketlərindən çox məhz bu sistemin Azərbaycanı yerində oturdacağı fikrini söyləyib.
Sual olunur, Rusiya silahı, Rusiya təsiri altındakı Qarabağ, sərhəd boyu necə olur NATO qoruma sistemiylə əhatələnir? Ruslar deyirsiz bununla razılaşırlar? Əsla yox...Ruslar qərara gəlir ki, Serj, Qarabağı başqalarına satıb...
Beləliklə, hərbi standartların dəyişməyi, hərbi müttəfiqlərin dəyişməsi ilə əvəzlənir.
Sonra hakimiyyət ötürülür Nikol Paşinyana. Sonra o Avropaya inteqratsiya barədə dəm vurmağa başlayır.
Ardınca Serj Sarkisyan, Belarusya prezidenti Lukaşenko ilə arasındakı "5 milyard söhbətini"nin lent yazısını ictimaiyyətləşdirir.
Deyim niyə o bu söhbəti şişirdir, ictimaiyyətləşdirir?
ABŞ-dakı erməni lobbisindən daha çox pul qopartmaqdan ötrü!
Qarabağdakı elektron müşahidə sistemi görünür ABŞ-la məxfi danışıqlar nəticəsində alınıbmış. Xərci də görünür az olmayıb. O pulların içində görünür o-Serj, öz xeyrini də unutmayıb.
Beləliklə Ermənistanda bu mövzu gündəmdədir.
Domokl qılıncı, yəni bu gün Nikolun yox... Serjin başı üzərindədir.
Düşünürəm ki, Serjin halvası artıq çalınıb".
-
Avto04:44Azərbaycanda yeni avtomobil zavodu tikiləcək
-
Sosial02:42Bakının dörd rayonunda qaz olmayacaq
-
Magazin100:45Samirə ƏliMəryəm: "Qızım dedi ki, azularımı puç etmə"
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gizli qalan məqamlar üzə çıxa bilər
-
Avropa7 İyul 23:36105 yaşlı qadın uzunömürlülüyün sirrini açdı
-
İdman7 İyul 22:20DÇ-2026: Argentina 1/4 finala yüksəldi - YENİLƏNDİ
-
Magazin17 İyul 22:00Günel Zeynalova küçədə rəqs etdi - VİDEO
-
İdman7 İyul 21:48UEFA Çempionlar Liqası: "Sabah" TNS komandasını məğlub etdi - YENİLƏNDİ






.png)























.jpg)






