Qarabağ
Şuşaya atılan "İsgəndər" hara düşüb? - ŞOK FAKTLAR AÇIQLANDI/VİDEO
"REAL TV"nin rəhbəri Mirşahin Ağayev Şuşada “İsgəndər” raketinin düşdüyü ərazidə olub.
Publika.az xəbər veir ki, o, Şuşada ANAMA nümayəndəsi Qadir Namazəliyevlə həmsöhbət olub.
Q. Namazəliyev bildirib ki, ANAMA yanvar ayından Şuşa şəhərində və ətraf ərazilərin minalardan, partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını həyata keçirir:
“Bu təmizlənmə əməliyyatları öncə şəhərin içərisində davam etdirildi. Martın 15-də hazırda dayandığımız ərazidə maraqlı bir detala rast gəldik. Hansı ki həmin detalla rastlaşmamışdıq. Araşdırandan sonra məlum oldu ki, bu hansısa raketin hissəsidir. Ancaq baxış zamanı biz onda hansısa yazı aşkar edə bilmədik. Yazı olmadan da heç bir rəy söyləmək olmur. Bundan sonra biz yenə əməliyyatlarımızı davam etdirdik. Daha sonra şəhərin digər hissəsində əlavə olaraq həmin detaldan aşkarladıq. Yenə də bu bizə heç nə vermədi. Üstündən 2-3 gün keçəndən sonra biz həmin detalın quyruq hissəsini aşkar etdik. Quyruq hissəsində qeydlər və yazılar var idi. Orada 9M723 yazısı var idi. Araşdıranda sonra məlum oldu ki, bu “İsgəndər” raketidir. Beləliklə, raketin Şuşa şəhərinə düşməsi rəsmən təsdiqləndi”.
-
Avropa08:12Avropada poliqonunda partlayış - Çox sada yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi




































.jpg)


