Qarabağ
Gözdən pərdə asmaq rusların köhnə peşəsidir - Politoloq
44 günlük müharibənin sonlarında Ermənistan tərəfindən ordumuzun nəzarətində olan Şuşa şəhərinə “İsgəndər M” raketlərinin atılması qeyri-rəsmi formada təsdiqini tapdı. Mərminin qalıqları aşkarlandı. İndi rəsmi Bakı Moskvadan hesabat gözləyir. Yəni, necə ola bilər ki, Rusiyanın hərbi arsenalında olan silah Ermənistana verilib. Bu gün bunun izahını vermirlər. Lakin bunun əvəzində 37 stabilizatorun Ermənistana göndərilməsinin qarşısının alınması kimi gülməli “əməliyyat” yayırlar.
Əslində bununla Moskva “İsgəndər M” qalmaqalını ört-basdır etməyə çalışır. Ekspertlər də bu düşüncədədir.
Politoloq Qabil Hüseynli Publika.az-a Rusiyanın Ural regional operativ gömrüyünün əməkdaşlarının Ermənistana hərbi təyinatlı 8L026P tezlikli, 30 polarizə edilmiş RP-5 relesi olan 37 stabilizator hissələrinin göndərilməsi cəhdinin qarşısını alması haqda danışarkən deyib.
Politoloq açıqlamasında söyləyib ki, bu, gözdən pərdə asmaq rusların köhnə peşəsidir: "Çünki Rusiya gömrük əməkdaşlarının Ermənistana hərbi təyinatlı 8L026P tezlikli, 30 polarizə edilmiş RP-5 relesi olan 37 stabilizator hissələrinin göndərilməsi cəhdinin qarşısını alması bizim üçün heç bir məna kəsb etmir. Bu və bu kimi xəbərlərlə guya hansısa işlər görüldüyü barədə mesaj ötürüb, ciddi məsələlərdən yayınmağa ehtiyac yoxdur. Rəsmi Moskva indiki halda İsgəndər-M raketlərinin Ermənistana necə verilməsi, Şuşaya kim tərəfindən atılması, Şuşada tapılan qalıqları haqda Azərbaycan cəmiyyətini silkələyən suallara aydınlıq gətirməlidir. Onlar həmişə olduğu kimi, dara düşəndə müxtəlif fəndgirliklərə əl atırlar. Bu barədə biz fəal olmalıyıq. Biz bilməliyik ki, “İsgəndər M” raketləri təkcə Şuşaya atılmayıb. Mən bunun məsuliyyətini dərk edərək deyirəm. Şuşa ətrafındakı 2 “İsgəndər M” raketinin qalıqlarını nəzərdə tutmuram. Zənnimcə, Mingəçevir SES-dən tutmuş Bakıətrafı ərazilərə qədər bir çox yerlərə “İsgəndər M” raketləri vasitəsi ilə atəşə tutulub. Sadəcə olaraq, Azərbaycanın hava hücumundan müdafiə sistemləri vasitəsi ilə məhv edilib. Giləzi ətrafında və digər ərazilərdə müəyyən qalıqlar tapılıb.
Bunun bu gün izahı verilməlidir. Bunun əvəzində 37 stabilizatorun Ermənistana göndərilməsinin qarşısının alınması kimi gülməli “əməliyyat” yayır.
Biz bu məsələni daha ciddi surətdə ictimailəşdirməliyik. Onlara ümumi qiymət verilməsinə çalışmalıyıq”.
Qabil Hüseynlinin fikrincə, Azərbaycanın hüquq-mühafizə və prokurorluq orqanları bununla bağlı araşdırma aparıb cinayət işi qaldırmalıdır:
“Təhqiqat işlərinə başlanılmalıdır. Böyük mütəxəssislər qrupu bu işə cəlb edilməlidir. Bu raketlərin atılma tarixi müəyyənləşdirilməlidir. Bütün bunları topladıqdan sonra beynəlxalq hərbi tribunalara müraciət etməliyik. Çünki bu qadağan edilmiş silahdır. Hərbi cinayət məsuliyyəti yaradır. Hərbi cinayətlərin törədilməsində günahkar olan şəxslərin müəyyən edilməsi üçün beynəlxalq hüququn subyektləri olan Haaqa Hərbi Tribunalına müraciət olunmalıdır. Bu cür başsız və məsuliyyətsiz hərəkət etməyə öyrənmiş dövlətlər, insanların, böyük şəhərlərin həyatı ilə bu cür vəhşicəsinə davranan insanlar Slobadan Miloşeviç kimi Beynəlxalq Haaqa Məhkəməsinin izolyatorunda infarkt tutub ölsünlər”.
Tural Turan
-
İdman07:47
Türkiyədə Ronalduya heykəl qoyuldu - VİDEO
-
Ekologiya07:17
Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ
-
Magazin106:16
Nigardan Şəbnəmin duet təklifinə CAVAB: "Onunla oxusa, maraqlı olar"
-
Magazin203:43
Məşhur müğənninin kiçik qardaşı VƏFAT ETDİ
-
Yaxın Şərq03:13
İsrail bu dəqiqələrdə Beyrutu VURUR
-
Magazin101:41
Zaura 50 minə toy danışan Xatirə imiş - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI: onlarla aranızda bəzi gərginliklər ola bilər
-
Magazin16 Oktyabr 23:36
Aysel və Safuradan maraqlı paylaşım - VİDEO