Qarabağ
Arif Əliyev Göygöldə, Sirac Abışov Sumqayıtda dəfn ediləcək
Media nümayəndələri ilə birgə minaya düşərək şəhid olan Kəlbəcər Rayon Icra Hakimiyyətinin Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev sabah dəfn ediləcək.
Bu barədə Kəlbəcər Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Kəlbəcər rayonunun Susuzluq kənd sakini, 1983-cü il təvəllüdlü Arif Ağalar oğlu Əliyev 2012-ci ildən bu vəzifədə çalışıb.
"Susuzluq kəndinin bir çox sakinləri kimi, onun da ailəsi müvəqqəti olaraq Göygöl rayonunun Xasabağ kəndində məskunlaşıb. Üç övladı var. Sabah dəfn ediləcək", - İcra Hakimiyyətindən qeyd olunub.
Məlum hadisədə şəhid olan AzTV-nin operatoru Sirac Abışov isə sabah Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn ediləcək.
Qeyd edək ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.(Report)
-
İdman03:44Tarixi qərar: Hər bir idmançıya 10 min dollar veriləcək
-
Qoroskop01:40Günün ulduz falı: sirlərinizi bölüşməyin!
-
Hadisə24 İyun 22:46Suqovuşanda Vətən müharibəsi qazisi bıçaqlandı - Foto
-
Sosial24 İyun 22:04Evlənənlərin yarısı boşanır - Problemin həlli yolu nədir?
-
Magazin224 İyun 19:40Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
Səhiyyə24 İyun 19:30İlkin İsmayılov vəzifəsindən azad edildi
-
Rəsmi xronika24 İyun 17:48İlham Əliyev Məhəmməd Baqir Qalibafı qəbul etdi
-
Rəsmi xronika24 İyun 14:47Prezident Numan Qurtulmuşu qəbul etdi - FOTO






.png)










.jpg)

















