Qarabağ
"Şuşa həbsxanasında ayrı-ayrı şəxslər mənə ağır işgəncələr verdi" - Zərərçəkmiş
"İbtidai istintaqda ifadə verən zərərçəkmişlərin ifadələri təstiqlənib. Həmin zərərçəkmişlərin ifadələri Şuşa şəhərindəki həbsxanada yoxlanılıb və sübutlar ifadələrlə düz gəlib".
Publika.az xəbər verir ki, bu sözləri birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Ermənistan vətəndaşları - 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin Yasamal rayon Məhkəməsində baş tutan iclasda çıxış edən prokuror bildirib. Daha sonra prosesdə təqirləndirilən şəxslərə sərbəst ifadə vermək təklif edilsə də, onlar indiki mərhələdə susmaq hüququndan istifadə edib.
Prosesdə ifadə verən zərərçəkmiş Qərib Vəliyev bildirib ki, Lüdvik Mkrtçyan ona qarşı amansız işgəncələr verib: “1999-cu ildə girov götürülmüşəm. Tapqaraqoyunlu kəndi istiqamətində heyvan otararkən erməni hərbçiləri tərəfindən girov götürüldüm. Məni Şuşa həbsxanasına apardılar. Orada ayrı-ayrı şəxslər mənə ağır işgəncələr verdilər. Lüdvik Mkrtçyanı Laçın rayonu ərazisində hərbi formada görmüşəm. O Azərbaycan dilindən tərcüməçi kimi iştəyirdi. Sinəmə təpiklə vururdu, işgəncələr verirdi. Kabinetdə mənə 3 şillə vurdu, kabinetdən çıxıb kənarda oturdum. Mənə yaxın gəlib məni dizi ilə vurub başıma torba keçirdi və başladı mənə amansız işgəncələr verməyə. Bir gün axşama qədər məni döydü. Bizdən yaxınlıqdakı hərbi hissənin yerini soruşurdu və tələb edirdi ki, mən kəşfiyyatçı olduğumu boynuma alım. Azərbaycan dilində təmiz danışa bilir, çünki o bizimlə Azərbaycan dilində danışırdı. 2 ay əsirlikdə qaldım. Beynəlxalq Qırmızı Xaç Komitəsi məni nəzarətə götürəndən sonra işgəncələr dayandı. Qayıdandan sonra 1 ay müddətinə müalicə olunmuşam. Prokurorun suallarını cavablandıran zərərçəkmiş bildirib ki, ibtidai istintaqdan Lüdvik Mkrtçyan onu tanıyıb: “Birinci dəfə üzləşmədə salam verdim o məni tanıdı. Amma ikinci üzləşmə zamanı məni tanıdığını inkar etdi. Mən isə onu görünüşündən və səsindən tanıdım”.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi




































.jpg)


