Qarabağ
Millət vəkili: “Dünya möhtəşəm bir tarixə şahidlik etdi”
Dünən bütün dünya möhtəşəm bir tarixə şahidlik etdi. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərində imzaladıqları müttəfiqlik haqqında bəyannamə Azərbaycan-Türkiyə münasibətləri tarixində və regionun həyatında böyük strateji əhəmiyyət daşıyır. Münasibətlərin yeni modelinin təsbit edildiyi, siyasi, təhlükəsizlik, müdafiə, ticarət-iqtisadi, elm, təhsil, mədəniyyət, humanitar və s. sahələrdə əməkdaşlığı nəzərdə tutan sənədin hər bir ifadəsi, hər bir cümləsi mühümdür. Ən başlıcası, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar. Bu sənəd iki qardaş ölkənin gücünü göstərdi.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Musa Qasımlı deyib. O bildirib ki, sənədin imzalanması şəraiti də diqqəti cəlb edir.
“Birincisi, müharibədə Azərbaycan parlaq qələbə qazandıqdan sonra ilk dəfə olaraq Türkiyə rəhbəri işğaldan azad edilmiş ərazilərə gedərək tarixi sənədi imzaladı. İkincisi, sənəd Ermənistanda revanşizmin və Qars müqaviləsinin ləğvi barədə iddiaların səsləndirildiyi, bəzi digər uzaq dövlətlərin regionu yenidən qarışdırmaq istədiyi bir zamanda imzalandı. Sənədin bütün ruhu və maddələri təsdiq edir ki, revanşizm cəhdləri bəri başdan uğursuzluğa düçar olacaq. Cənab Prezident İlham Əliyevin səfirləri qəbul edərkən dediyi kimi, Ermənistan müharibə istəyəcəksə, eyni nəticəni əldə edəcək. Digər tərəfdən, 1921-ci il 13 oktyabrda imzalanan Qars müqaviləsinin ləğvi tək bir ölkədən asılı deyil. Çünki həmin müqavilənin altında vasitəçi ölkə olan Rusiyanın, Türkiyənin, Azərbaycan, Gürcüstan və Ermənistanın imzası var, qanunverici orqanlar ratifikasiya ediblər və qramotaların mübadiləsi İrəvanda olub. Müqavilə ilə ərazi-sərhəd məsələləri tənzimlənib. Deməli, bu iddialar da iflasa uğrayacaq.
Bəyannamə Azərbaycan-Türkiyə münasibələrinə tamamilə yeni keyfiyyət halı verəcək, Zəngəzur dəhlizi açılacaq, regionda daimi sülh, sabitlik və əməkdaşlıq hakim olacaq”.
Aytən Məftun
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...

































.jpg)
.jpg)

