Qarabağ
Hərbçimiz erməni əsirliyindən belə qaçıbmış - VİDEO
"Ermənilər Xankəndidə özləri üçün "xiyaban" yaratmışdılar. Azərbaycanlı əsirləri aparıb erməni qəbirlərinin qarşısında başlarını kəsərək bizə göstərirdilər. Onlar bunu xüsusi qəddarlıqla edirdilər və həzz alırdılar”.
Publika.az xəbər verir ki, bunu Report-a müsahibəsində Birinci Qarabağ müharibəsi zamanı 343 gün erməni əsirliyində olmuş keçmiş hərbçi Famil Əliyev deyib.
O bildirib ki, erməni vandalları qadın, qoca, uşaqlar da daxil olmaqla bütün azərbaycanlı əsirlərə amansız işgəncə verirdilər:
"Gec-tez məni də öldürəcəklərini düşünərək əsirlikdən qaçmaq üçün plan qururdum. Dekabrın 9-dan 10-na keçən gecə bizi Füzuliyə işləməyə gətirdilər. "KamAZ" markalı bir neçə avtomobilə daş yükləyəndən sonra bizə 10 dəqiqə istirahət verildi. Həmin gün yanımızda yalnız bir nəfər - David adlı nəzarətçi vardı. Mən və 3 yoldaşım yorğun və ac-susuz olmağımıza baxmayaraq, erməni nəzarətçinin üzərinə atıldıq və silahını da alaraq tərkisilah etdik. Mən onu öldürmək istəyirdim, lakin orada qayda belə idi ki, bir azərbaycanlı bir ermənini öldürüb qaçırdısa, onun yerinə 3 azərbaycanlı əsiri güllələyirdilər. Mən ona görə onu öldürmədim ki, qalan əsirlərimizi öldürməsinlər. Biz onların əl-qolunu bağlayaraq zirzəmiyə atdıq. Beləcə, əsirlikdən qaçış planımız baş tutdu".
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı




































.jpg)

.jpg)
