Qarabağ
Bu, Azərbaycanın milli maraqlarına ziddir - Politoloq
Artıq Rusiyanın Cənubi Qafqazla bağlı siyasətinin iç üzü açılır. Bir neçə gün öncə Ermənistanın XİN başçısı Ararat Mirzoyanın Moskvaya səfəri zamanı Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşündə hər iki nazirin Qarabağ münaqişəsi ilə bağlı verdiyi açıqlamalar və baş verən proseslər onu deməyə əsas verir ki, Rusiyanın Cənubi Qafqazla bağlı siyasəti Azərbaycanın milli maraqlarına tamamilə ziddir.
Publika.az xəbər verir ki, bu sözləri politoloq Samir Hümbətov deyib. Ekspert bildirib ki, Ermənistan XİN başçısı Ararat Mirzoyan mətbuat konfransında Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı danışıqların getmədiyini deyib:
“Bu isə Ermənistanın niyyətini açıq şəkildə ortaya qoymuş oldu. Həmin mətbuat konfransında Rusiya XİN başçısı Sergey Lavrov isə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamədən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə soxularkən tutulmuş diversantların “hərbi əsir” adı ilə geri qaytarılmasını bildirdi.
Digər tərəfdən, Rusiya Müdafiə naziri Sergey Şoyqu Ermənistana silah tədarükünün başladığını bildirdi. Bu gün isə Ermənistan parlamentinin 3 fraksiyasını təmsil edən 20 deputat qondarma rejimin yaranmasının 30 illiyi ilə əlaqədar olaraq rus sülhməramlıların müvəqqəti nəzarət etdiyi Xankəndiyə gəlib. Bütün bu proseslər onu göstərir ki, Azərbaycana qarşı məkrli niyyət təkcə Ermənistan tərəfindən deyil, eyni zamanda ona dəstək verən Rusiya tərəfindən də aparılır.
Hesab edirəm ki, Azərbaycana qarşı aparılan bu çirkin planı aradan qaldırmaq üçün Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi vacib məsələyə çevrilib”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
