Qarabağ
Birinci müharibədə ona görə uduzduq ki... - "Maştağa" ləqəbli qazi
"Qələbə xəbərini noyabrın 10-da Ağdamda, daha dəqiq desək, Ağdərə istiqamətində eşitdik. Açığını desəm, bir az pis oldum ki, niyə axıra qədər getmədik, sonradan məlum oldu ki, ermənilər məğlub olduqlarını boyunlarına alıblar və kapitulyasiyaya imza atıblar. Yəni ordumuzun qarşısında diz çökdüklərini qəbul ediblər. Bu, hamımızın qələbəsidir".
Bunu Publika.az-a açıqlamasında Birinci və İkinci Qarabağ müharibəsinin qəhrəmanlarından olan veteran kəşfiyyatçı, "Maştağa" ləqəbli Vidadi Ağagülov deyib.
Veteran döyüşçü bildirib ki, biz Ermənistanı 44 gündən də tez məğlub edə biləcək gücdəyik: "Dünya bizim üstümüzə gəlirdi. Ali Baş Komandanımızın doğru siyasəti ilə həm siyasət meydanında, həm də döyüşdə qalib gəldik. Xalqımız ordumuzun yanında oldu. Yumruq kimi birləşdik. Bu şanlı qələbə münasibətilə xalqımızı təbrik edirəm. Qələbəni şəhidlərimizin qanı, canı bahasına qazandıq. Mən Birinci və İkinci Qarabağ savaşında iştirak etmişəm. Birinci müharibədə biz siyasət qurbanı olduq. Nizami ordu yox idi. İkinci müharibə isə başqa oldu. Hər cür müasir silahımız, nizami ordumuz vardı. Biz öz torpağımız uğrunda döyüşdük və qalib gəldik".
Tural Turan
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)
