Savaşın 32-ci günü: Yeni ərazilər AZAD EDİLDİ, düşmən Ağdərə və Xocavənddə...
Bizi izləyin

Qarabağ

Savaşın 32-ci günü: Yeni ərazilər AZAD EDİLDİ, düşmən Ağdərə və Xocavənddə...

Publika.az Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı "Müharibənin bu günü" xronikasını təqdim edir:

28 oktyabr 2020-ci il. Müharibənin 32-ci günü...

Saat - 07:57 - Tərtər rayonu artilleriya atəşinə tutuldu

Saat - 08:48 - Düşmən Ağdərə və Xocavənd istiqamətində itki verərək geri çəkildi

Humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 27-si gün ərzində və 28-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutdu. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində davam etdi. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alındı, o, itki verərək geri çəkildi. Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar oldu, bir neçə döyüş texnikası məhv edildi.

Məlum oldu ki, düşmənin avtomobil texnikalarının sayının əhəmiyyətli dərəcədə azalması ön xətdəki bölmələrin ərzaq, silah və sursatla təminatında problemlər yaradıb. Ermənistandan toplanan hərbi vəzifəlilərin Azərbaycanın işğal olunmuş ərazilərinə göndərilməsi prosesi davam etdi. Döyüşlərə cəlb etmək məqsədilə 2000 nəfərdən ibarət heyətin toplanması barədə tapşırığın verilməsinə baxmayaraq, cəmi 300 nəfəri toplamaq mümkün oldu. Hətta bir çox hərbi müqaviləlilər və polis əməkdaşları cəbhəyə getməkdən imtina edirdilər.

Gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd “Osa” ZRK, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-30, 5 ədəd D-20 və 1 ədəd D-44 topu, 2 ədəd 2A36 “Qiasint-B” topu, 1 ədəd 120-mm minaatan, 1 ədəd “Konkurs” tank əleyhinə raket kompleksi və 6 ədəd avtomobil texnikası məhv edildi və sıradan çıxarıldı.

Saat - 11:19 - Düşmən Tərtəri "Smerç" raketlərilə atəşə tutdu

Saat - 11:32 - Ordumuz Bərdənin qisasını BELƏ ALDI

Saat - 14:01 - Ermənistan Bərdəni "Smerç" yaylım atəşli reaktiv sistemindən atəşə tutdu

Saat - 14:27 - Ermənistanın Bərdəyə raket hücumu nəticəsində 14 nəfər həlak oldu (saat 14:27-ə olan məlumat)

2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 14 nəfər həlak olmuş, 40-dan artıq şəxs isə yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir. (Xəbər gün ərzində yeniləndi, ölənlərin syaı artdı)

Saat - 15:57 - Bərdənin qisası alındı: Erməni hərbçiləri belə məhv edildi

Saat - 16:05 - Bərdə terrorunda ölənlərin sayı 21-ə çatdı, 70-ə yaxın yaralı oldu

Saat - 16:11 - Ermənilər Tərtəri qrad atəşinə tutdu

Saat - 16:25 - İlham Əliyev TVİT ATDI

Saat - 16:34 - Yeni ərazilər İŞĞALDAN AZAD EDİLDİ

Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Ədilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Bunu ötən ilin bu günü özünün rəsmi tvitter hesabında Prezident İlham Əliyev yazdı.

Saat - 19:05 - Azərbaycanın şəhər və rayonlarına atəş açan düşmən DARMADAĞIN EDİLDİ

Oxumağa davam et
Reklam
Reklam

Gündəm