Qarabağ
Savaşın 33-cü günü: Qubadlıda Ermənistanın qırıcıları MƏHV EDİLDİ
Publika.az Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı "Müharibənin bu günü" xronikasını təqdim edir:
29 oktyabr 2020-ci il. Müharibənin 33-cü günü...
Saat - 07:31 - Düşmən ciddi itki verdi, dayaq məntəqələri MƏHV EDİLDİ
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutdu. Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam etdi. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alındı.
Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar oldu. Gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və 6 ədəd avtomobil texnikası məhv edildi.
Saat - 10:00 - Cəbhədə şiddətli döyüş, hücuma keçən erməni zabitləri MƏHV EDİLDİ
Görülən cavab tədbirləri nəticəsində düşmənin 1-ci ümumqoşun ordusu komandanın müavini, polkovnik Artur Sarqisyan və 18-ci motoatıcı diviziyanın rabitə rəisi, mayor Aram Ğazaryan məhv edildi. Bundan əlavə, 1-ci ümumqoşun ordunun artilleriya idarəsinin zabiti polkovnik-leytenant B.Aseryan, 2-ci motoatıcı alayın komandiri Hunan Hayrumyan yaralandı və 5-ci dağatıcı alayın 3-cü taborunun komandir müavini Roman Tunyan isə itkin düşdü.
Saat - 13:23 - Ermənistan diplomatik korpusun olduğu Bərdəni atəşə tutdu
Saat - 13:56 - Dövlət rəsmiləri və diplomatlar Tərtərə getdi
Saat - 14:18 - Diplomatik nümayəndələrin olduğu Tərtəri atəşə tutuldu
Saat - 15:04 - Qubadlıda Ermənistanın qırıcıları MƏHV EDİLDİ
2020-ci ilin oktyabrın 29-da saat 13:18 və 13:20 radələrində cəbhənin Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edildi.
Saat - 17:14 - Ermənistanın atəşi nəticəsində daha bir dinc sakin həlak oldu
Saat - 07:57 - İşğaldan azad olunmuş ərazilərdə xüsusi idarəetmə yaradılması ilə bağlı İlham Əliyev FƏRMAN İMZALADI
Saat - 19:03 - Birtərəfli qaydada 30 erməni hərbçisinin meyiti qarşı tərəfə TƏHVİL VERİLDİ
Saat - 19:10 - Prezident Ermənistana xəbərdarlıq etdi
"Əgər neft-qaz kəmərləri ilə bağlı hər hansı bir hadisə baş verərsə, Ermənistan ciddi beynəlxalq təzyiqlərlə üzləşəcək".
2020-ci ilin bu günü bununla bağlı Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev "Twitter"də paylaşım etdi.
Saat - 19:44 - Ermənistan gün ərzində 100-ə yaxın hərbçisinin ölümünü ETİRAF ETDİ
Saat - 21:12 - "Amnesty International" Ermənistanın Bərdəyə kasetli bombalar atdığını TƏSDİQLƏDİ
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
