Qarabağ
Bayraq bütün evlərin bəzəyidir - Tənzilə Rüstəmxanlı
Bayrağımız artıq Zəngilanda, Kəlbəcərdə, Qubadlıda, Laçında və digər işğaldan azad olunmuş şəhərlərimizdə dalğalanır. Bu il bir başqadır, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət bayrağı günü tam başqa bir ruhda qeyd olunacaq. Dövlətimizin atributu olan üçrəngli bayrağımız daha qüdrətli, yüksək zirvələrdə dalğalanması bizi sevindirir.
Bu sözləri Publika.az-a açıqlamasında Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib. O, bildirib ki, bayraq bir millətin simvoludur.
“Çox önəmli bir gündür. Bayraq günü Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilməyə başladı. Arzu edək ki, bu bayraq tezliklə həm Xankəndində dalğalansın, həm də hər zaman Azərbaycan dövlətinin səmalarında ucalsın. Bayrağımız onsuz da ən uca zirvələrdə dalğalanır, bu ilin özəlliyi odur ki, Azərbaycanın hər yeri bu bayraqlarla bəzədiləcək və şəhərlərimiz daha gözəl görünəcək. Bayraqlara bürünmüş şəhəri görəndə necə duyğular keçirə bilərik ki... Təkrarolunmaz hisslərdir, ancaq sevinc gətirir. 44 günlük müharibədən sonra bayrağa olan sevgi daha gücləndi, münasibət dəyişdi. İndi artıq bayraq bütün evlərin, şəhərlərin, binaların bəzəyidir”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
