Qarabağ
Bu, beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır - Deputat
Ötən il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş Zəfər paradı xalqımızın tarixi yaddaşına qızıl hərflərlə yazılıb. Paradda 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri də iştirak etdi. Yerli və xarici rəsmi qonaqların, diplomatik korpus nümayəndələrinin də qatıldığı paradı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul ediblər. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Həmin gün ölkəmizin hər bir bölgəsinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının təzahürüdür.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.
Deputat bildirib ki, Şuşa azad edildikdən sonra Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan zəfər bayrağının ilk olaraq gətirildiyi paradda 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilib: “Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunub. Qənimət kimi ələ keçirilən düşmən hərbi texnikasının bir qisminin Zəfər paradında nümayiş olunması, eyni zamanda paytaxtın Xətai rayonunda yaradılan və 5 hektar ərazini əhatə edən Hərbi Qənimətlər Parkı müharibənin miqyasını, qələbəmizin isə möhtəşəmliyini göstərir. Orada təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır”.
C.Osmanov qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə heç də asan başa gəlməyib. Bunun üçün Prezident İlham Əliyev davamlı və effektiv ordu quruculuğu həyata keçirib, ölkənin dayanıqlı iqtisadi inkişafının təmin olunması naminə düşünülmüş siyasət yürüdüb: “Ali Baş Komandan İlham Əliyevin özünün də qeyd etdiyi kimi, ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olub. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə əsas büdcə xərclərimiz hərbi xərclər olub. Ordunun döyüş qabiliyyəti davamlı olaraq möhkəmləndirilib, müasir silah-sursat və texnika ilə təchizatı həyata keçirilib. Bir ölkədən asılı olmamaq üçün silah-texnikanın bir çox mənbələrdən alınması təmin olunub. Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılıb. Vətən müharibəsinin aparılması üçün ölkə başçısı tərəfindən Azərbaycanda böyük hazırlıq işləri görülmüşdü. Siyasi sabitlik, vətəndaş birliyi təmin edilmiş, xalqın dəstəyi ilə çox böyük islahatlar aparılmışdı. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edilmişdi. Qələbənin təminatı və rəsmiləşdirilməsi üçün isə siyasi və hüquqi baza yaradılmışdı”.
Millət vəkili vurğulayıb ki, ölkənin iqtisadi qüdrəti qələbəmiz üçün zəmin yaradıb: “Əgər ölkədə iqtisadi inkişaf və iqtisadi müstəqillik olmasaydı, Azərbaycan lazım olan müasir silahları əldə edə bilməzdi. İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan özünün enerji müstəqilliyinə nail oldu və tarixi layihələri həyata keçirdi. Eyni zamanda ölkə başçısı bütün nəqliyyat, kommunikasiya, enerji xətlərini Ermənistandan yan keçirməklə bu ölkəni dalana çevirmək siyasətini həyata keçirdi. Bir sözlə, Azərbaycan inkişaf edərək işğal altında olan torpaqlarını azad etdi və tarixi qələbə qazandı. Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamına əsasən, Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyi yaradılacaq. Bundan əlavə, Vətən müharibəsində əldə olunan qələbədə payı olan hər bir hərbçi və mülki vətəndaş dövlət tərəfindən mükafatlandırılır. Məhz bu münasibətlə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub. Dövlət başçısı tərəfindən qələbənin əbədiləşdirilməsinə xidmət edən tədbirlər ölkəmizdə uğurla həyata keçirilir”.
Akqabay Mıradov
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var