Qarabağ
Paşinyan Putindən nəyi xahiş edib? - DETALLAR
Rusiya prezidenti Vladimir Putin Vladivostokda Şərq İqtisadiyyat Forumunda çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Publika.az-ın xəbərinə görə, ekspertlər düşünürlər ki, Paşinyan-Putin görüşü bir sıra məqamlara görə diqqətçəkən olub.
Diqqət çəkməsi ilə yanaşı Vladivostok görüşünün ortaya çıxardığı suallar da var.
Birincisi, Kreml sahibinin bölgədə iqtisadi dəyəri olmayan Ermənistanın baş nazirini uzaq Vladivostokda iqtisadi foruma dəvət etməsinin məqsədi nədir? İkincisi, Kreml sahibi Vladivostokda Paşinyanla Qarabağla bağlı nəyi müzakirə edib?
Politoloq Elxan Şahinoğlu isə Putin-Paşinyan görüşünün pərdəarxası məqamları ilə bağlı mülahizələrini bölüşüb:
"Hazırda Rusiya prezidenti Vladimir Putin ikili oynayır. O bir tərəfdən Azərbaycanla strtateji tərəfdaşlıqdan danışır, digər tərəfdən İkinci Qarabağ müharibəsindən sonra Ermənistana dəxli olmayan mövzunu bu ölkənin baş naziri ilə müzakirə edir. Putinin Paşinyandan xoşu gəlməsə də, Kreml sahibi Ermənistandan imtina etməyib. Cənubi Qafqazdakı son forpostunun Azərbaycan qarşısında tam gücsüz duruma düşməsinin qarşısını almaq istəyir. Paşinyanın böyük ehtimalla Putindən xahişi bu olub ki, Rusiya hərbçiləri Azərbaycana Qarabağda qayda-qanun yaratmasına imkan verməsinlər. Rusiyalı hərbçilər alternativ yolu “dəhliz” adlandırır və əli silahlı erməni separatçılarının yol boyu hərəkətlərinə şərait yaradıblar. Bunun özü elə Azərbaycana qarşı növbəti təxribatdır".
Tural Turan
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?