Qarabağ
Babayan bu gün Konqresdə çıxış edəcək – Qarabağ separatçılarına DƏSTƏK?
Xankəndidəki separatçıların qondarma “xarici işlər naziri” David Babayan ABŞ-da səfərdədir.
Publika.az xəbər verir ki, separatçı Babayan dünən Vaşinqtondakı Vudro Vilson Evində çıxış edib.
Ötən əsrinm əvvəlində ermənilər üçün “Böyük Ermənistan” xəritəsini çəkən Vilsonun “kiçik xalqların öz müqəddəratını təyin etmə hüququ” haqda fikirlərinə istinadən, qondarma “arsax”ın qorunmasından bəhs edib.
Bu gün Babayan Konqres binasında təşkil olunacaq məsləhətləşmələrdə iştirak edəcək. Beyin mərkəzləri üçün mühazirələr oxuyacaq, mediaya müsahibələr verəcək və s. Daha sonra Konqresdə erməni qrupuna daxil olan konqresmenlərin iştirakı ilə təşkil ediləcək tədbirdə “arsaxın müstəqilliyi” haqda danışacaq.
Babayanın səfəri sentyabrın 25-nə qədər davam edəcək. Amerika Erməniləri Milli Komitəsi (ANCA) tərəfindən “azadlıq mükafatı” ilə mükafatlandırılacaq.
Səfəri ANCA təşkil etsə də, ABŞ-ın Cənubi Qafqazla bağlı siyasəti, Minsk qrupunu diriltmək və Qarabağdakı separatçıların “statusu” ilə bağlı mövqeyi, son olaraq da, Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin dünən İrəvanda Azərbaycana qarşı səsləndirdiyi fikirlər fonunda Babayanın Vaşinqtonda qəbul edilməsi təsadüfi deyil.
Asif
-
Ekologiya17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar
-
MDB14:30Rusiya: 1 günə 70 bina ələ keçirmişik
-
MDB13:50Rusiya Xarkovda daha bir kəndi zəbt etdi
-
MDB13:25Məşhur sovet psixoterapevti vəfat etdi
-
Ekologiya13:20Bakıda betonun üstündə yaşıllıq axtarışı: Plan baş tutacaq?





































.jpg)