Qarabağ
Ruben “nazir” olacaq, Babayan gedəcək – Xankəndində nə baş verir?
Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçən Ruben Vardanyanın Xankəndidəki separatçı-terrorçu rejimin qondarma “dövlət naziri”, yaxud “baş naziri” təyin edilməsi üçün zəmin hazırlanır.
Publika.az xəbər verir ki, “Hraparak” nəşri Vardanyanın son günlər “siyasi dairələrlə" fəal görüşlər keçirməsinin səbəbinin bu olduğunu yazır.
Vardanyan separatçıların keçmiş “başçıları” Bako Saakyan və Arkadi Qukasyanla görüşüb.
Nəşr qeyd edir ki, Vardanyan keçmiş qondarma “prezidentlərlə” tez-tez nahar edir.
“Dünən Vardanyan “təhlükəsizlik şurasının katibi” Vitali Balsanyanla da görüşüb. Mənbələrimizin məlumatına görə, Vardanyanın “təyinatı” reallaşa bilər. Lakin ilk mərhələdə o, “prezidentin baş müşaviri”, daha sonra isə “dövlət naziri” təyin edilə bilər”, - nəşr yazır.
“Hraparak” separatçı-terrorçu rejimdə digər “kadr dəyişilikliklərin” olacağını da yazır: “Hazırda ABŞ-da olan “xarici işlər naziri” david Babayan “vəzifəsindən” gedəcək. Araik Arutyunyan “dövlət naziri” Artak Beqlaryanı “xarici işlər naziri” təyin etmək istəyir. Lakin bu məsələdə Ermənistanın da icazəsi lazımdır”.
Asif
-
Ekologiya17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar
-
MDB14:30Rusiya: 1 günə 70 bina ələ keçirmişik
-
MDB13:50Rusiya Xarkovda daha bir kəndi zəbt etdi
-
MDB13:25Məşhur sovet psixoterapevti vəfat etdi
-
Ekologiya13:20Bakıda betonun üstündə yaşıllıq axtarışı: Plan baş tutacaq?





































.jpg)