Qarabağ
Xocalıda sülhməramlılarla görüş haqda rəsmi açıqlama

Azərbaycan nümayəndələri ekoloji monitorinq aparmaqla bağlı Xocalıda danışıqlar aparıb, görüş konstruktiv ruhda keçib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatında bildirilib.
Qeyd edilib ki, 2022-ci il dekabrın 3-də keçirilmiş müzakirələrin davamı olaraq, dekabrın 7-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüş keçirib:
"Görüş zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə edilib. Görüş konstruktiv ruhda keçmişdir. Aidiyyəti üzrə təmaslar davam etdiriləcək. İctimaiyyətə əlavə məlumat veriləcək".

-
Sosial01:15
Kənd sakinləri illərdir içməli suya həsrət qalıb - VİDEO
-
Qoroskop00:37
Günün ulduz falı: Yeni il yeni şanslar və imkanlar vəd edir!
-
Qarabağ 26 Yanvar 23:28
Paşinyandan Qarabağdakı ermənilərə mesaj: “Qaçın...”
-
Sosial26 Yanvar 22:32
Sənədsiz evi olanların NƏZƏRİNƏ: Yüzlərlə sakin ... - VİDEO
-
Səhiyyə26 Yanvar 21:38
TƏBİB-dən valideynlərə XƏBƏRDARLIQ: "Xəstəliklərin mənbəyi..."
-
Magazin126 Yanvar 21:27
Aygünün doğum günündən möhtəşəm görüntülər - VİDEO
-
Sosial26 Yanvar 20:32
Bu ayın müavinət və təqaüdləri ödənildi
-
Yaxın Şərq26 Yanvar 19:32
İsrail Avropa Birliyini İranla mübarizə aparmağa çağırdı