Sülhməramlılar aksiyasının keçirildiyi ərazidə quraşdırdıqları çadırları sökürlər - Yeniləndi
Bizi izləyin

Qarabağ

Sülhməramlılar aksiyasının keçirildiyi ərazidə quraşdırdıqları çadırları sökürlər - Yeniləndi

Şuşadan Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlıları qurduqları digər konteyneri də ərazidən götürülür.

Hazırda əraziyə kran və yük maşın gətirilib.

Konteynerin digər əraziyə - Laçın istiqamətinə aparılması ehtimal olunur.

Eyni zamanda Rusiya sülhməramlıları həmin ərazidə özlərinə məxsus generatoru da yük maşınına qaldırırlar.

Qeyd edək ki, bu gün Rusiya sülhməramlıları qurduqları çadırları söküblər, habelə konteynerləri aparıblar. Ərazidə cəmi bir ədəd konteyner qalmışdı.

xxx

Şuşadan Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlıları qurduqları çadırları söküblər.

Əraziyə yük maşınları da gətirilib. Sökülən çadırlar avtomobillərə yığılıb.

Eyni zamanda həmin ərazidə quraşdırılmış konteynerlərdən biri də kran vasitəsilə yük maşınlarına yığılıb, digər əraziyə - Laçın istiqamətinə aparılır.

Həmin 3 avtomobilinin aksiya keçirilən ərazidən hərəkət etməsinə şərait yaradılıb.

Ərazidə Rusiya sülhməramlılarının cəmi bir ədəd konteyneri qalıb.

xxx

Şuşadan Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlılarının postunda hərəkətlilik var.

Publika.az Report-a istinadla xəbər verir ki, Rusiya sülhməramlıları sözügedən ərazidə qurduqları çadırları sökürlər.

Hazırda əraziyə yük maşınları da gətirilib. Sökülən çadırlar avtomobillərə yığılır.

Ərazidə quraşdırılmış konteynerlərin başqa yerə daşınacağı gözlənilir.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 13 gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm