Qarabağ
Paşinyan rus bazasını bağlamaq üçün Laçın yolundan necə istifadə edir?
Ermənilər Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasını mühasirəyə almağa hazırlaşır.
Publika.az xəbər verir ki, “Milli demokratik qütb” hərəkatının üzvləri yanvarın 8-də Rusiya hərbi bazasının qarşısında “Qarabağ blokadadır” iddiası ilə aksiya keçirəcək.
Aksiyanın məqsədi Rusiyanı azərbaycanlıların Laçın yolunda keçirdiyi aksiyasına müdaxiləyə məcbur etməkdir.
Bundan öncə hərəkatın üzvü Vahe Qasparyan bildirmişdi ki, “əgər yaxın günlərdə Laçın yolu açılmasa(?), Gümrüdəki hərbi bazanı bloklayacaqlar”. Hərəkat 8 yanvarda buna cəhd edəcək.
Aydındır ki, bu addımın arxasında Ermənistan hakimiyyəti dayanır və iki məqsədə hesablandığı ehtimalı var.
Birincisi, Rusiyaya təzyiq etmək və Moskvanı azərbaycanlıların aksiyasına müdaxilə etməsinə sövq etməkdir: bu, həm də Bakı-Moskva xəttində gərginliyin yaranmasına hesablanıb.
İkincisi, proseslərdən istifadə edərək, Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu minimuma endirməkdir: rəsmi İrəvanın Moskvadan uzaqlaşdığı və Paşinyanın Laçın yolunda baş verənlərdən bu məqsədlə maksimum istifadə etdiyi bəllidir. Bu situasiya fonunda Gümrüdəki hərbi bazanın bloklanması sonrakı dövrdə rus hərbçilərin Ermənistandan çıxarılması tələbinin gündəmə gətirilməsinin başlanğıcı ola bilər.
Asif
-
Qoroskop14:06Sentyabrda eşqini tapacaq 5 bürc - Yeni həyəcan başlayır
-
Sosial12:483 uşaqlı ailələrə MÜAVİNƏT VERİLƏCƏK: Valideynlərin pensiya yaşı AZALDILACAQ
-
Yaxın Şərq11:24İran ABŞ-ın toyda tökdüyü qanı yerdə qoymayacaq: Görün haraları vuracaq
-
Rəsmi xronika11:15İlham Əliyev San Marinonun Regent Kapitanlarını təbrik etdi
-
Region09:54Türkiyənin 150 iş adamı Ermənistandadır: İrəvanda nə baş verir?
-
İqtisadi gündəm09:48Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
-
Dünya08:12Səudiyyə Ərəbistanına nüvə icazəsi: Uran 20%-dək zənginləşdirilə bilər
-
Hadisə06:16Qəbələdə döyülən “Çevik”in vəkilindən açıqlama















.jpg)




.jpg)

.jpg)














.jpg)
.jpg)