Qarabağ
Mülki erməni Azərbaycan postuna yaxınlaşıb KÖMƏK İSTƏDİ - FOTO
Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyən mülki erməni sakin Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına təhvil verilib.
Publika.az Report-a istinadla xəbər verir ki, bir neçə gün bundan əvvəl Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidən mülki erməni sakin Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyib, ac olduğunu, üşüdüyünü və siqaret istədiyini bildirib.
Qarabağın erməni sakininə yemək, siqaret verilib, ona qayğı ilə yanaşılıb.
Bu gün Şuşada - Xankəndi-Laçın yolu üzərindəki aksiya yerində həmin dinc erməni sakin Xankəndinə yola salınıb.
Bu fakt bir daha Azərbaycanın humanist mövqeyini, aksiyanın dinc xarakter daşıdığını, yolun humanitar məqsədlər üçün açıq olduğunu nümayiş etdirib. Digər tərəfdən erməni sakininin kömək üçün müraciəti Qarabağda Ruben Vardanyanın girovuna çevrilmiş 25-30 min nəfərlik erməni əhalisinin hansı vəziyyətdə saxlandığını, onların xoşbəxt həyatının, təhlükəsizliyinin ancaq və ancaq Azərbaycan dövlətindən asılı olmasının nümunəsidir.
-
İqtisadi gündəm17:44Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
-
Region16:18Mirzoyan diplomatları da götürüb Türkiyə ilə sərhədə getdi
-
Sağlamlıq14:30"Paxmel"dən sonra nə yemək lazımdır? - Həkim tövsiyəsi
-
Dünya14:00CIA direktorunun Moskvaya gizli səfəri: Trampın Rusiya ilə bağlı planı üzə çıxdı
-
Rəsmi xronika13:41İlham Əliyevin sosial media hesablarında Paşinyanla görüşündən paylaşım edildi
-
Nida Xəbər 13:38Əli Əsədov Oljas Bektenovu təbrik etdi
-
Sosial12:54Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
-
Nida Xəbər 11:30İslam Rzayevin həbs müddəti uzadıldı


























.jpg)













