Qarabağ
Xankəndindən əsgərimizə pənah gətirən Kazaryan separatçıları qorxuya saldı
Qarabağdakı separatçı-terrorçu rejim Azərbaycan əsgərinə pənah gətirən erməni Toros Kazaryanla bağlı müxtəlif iddialar irəli sürür.
Publika.az xəbər verir ki, T.Kazaryan Azərbaycan ordusunun postuna yaxınlaşaraq kömək istəyib. Azərbaycan mülki erməninin bütün ehtiyacını təmin etdikdən sonra Rusiya sülhməramlılarına təvil verib. Kazaryanın Laçın yolunda keçirilən aksiya ərazisindən keçərkən çəkilən görüntüləri də onun normal insan olduğunu və Azərbaycan əsgərinə şüurlu şəkildə pənah gətirdiyini təsdiq edir.
Bu hadisənin yaşanması Qarabağdakı sepafratçı rejim üçün ciddi zərbə sayıla bilər.
Birincisi, ermənilər artıq Azərbaycanla açıq təmasdan yayınmır;
İkincisi, Kazaryanın gördüyü münasibət digər emənilərin də eyni yola əl atacağı perspektivini gücləndirir;
Üçüncüsü, Azərbaycan mülki ermənilərlə normal təmaslar qurulduğunu nümayiş etdirir;
Dördüncüsü, Laçın yolunun bağlanmadığı əyani şəkildə təsdiq olunur və “humanitar fəlakət” iddiaları sıradan çıxır.
Bu mənzərə fonunda separatçı-terrorçu rejimin reaksiyası maraqlıdır. Separatçılar əvvəlcə mülki erməninin Azəbaycan əsgərinə pənah gətirdiyi faktını təkzib etdilər. Lakin görüntülər ortada olduğu üçün bu təkzib gülünc görünürdü, ona görə fərqli iddialar üzərindən məsələni ört-basdır etməyə çalışırlar.
- Kazaryanı “psixi problemi” olan şəxs kimi qələmə verirlər;
- Onu “əsirlikdən qaytarılan” kimi təqdim edirlər;
- Onun çoban olduğunu və azdığını deyirlər
Hərçənd, bu iddialar “daldan atılan daş”dan başqa bir şey deyil. Kazaryanın timsalında erməni əhalisinin Azərbaycana sığınması prosesinin genişlənəcəyi bəllidir.
Ermənistan mediası yazır ki, Kazaryanın bu addımı Xankəndindəki separatçı-terrorçu rejim daxilində ciddi çaxnaşma yaradıb.
Asif
-
İqtisadi gündəm17:44Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
-
Region16:18Mirzoyan diplomatları da götürüb Türkiyə ilə sərhədə getdi
-
Sağlamlıq14:30"Paxmel"dən sonra nə yemək lazımdır? - Həkim tövsiyəsi
-
Dünya14:00CIA direktorunun Moskvaya gizli səfəri: Trampın Rusiya ilə bağlı planı üzə çıxdı
-
Rəsmi xronika13:41İlham Əliyevin sosial media hesablarında Paşinyanla görüşündən paylaşım edildi
-
Nida Xəbər 13:38Əli Əsədov Oljas Bektenovu təbrik etdi
-
Sosial12:54Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
-
Nida Xəbər 11:30İslam Rzayevin həbs müddəti uzadıldı

























.jpg)













