Qarabağ
Xankəndində son vəziyyət: Vardanyan ermənilərə bunu qadağan etdi
Ermənistan hakimiyyəti ilə Qarabağda separatçı-terrorçu rejim arasında qarşıdurma yenidən açıq müstəviyə keçib.
Publika.az xəbər verir ki, buna səbəb baş nazir Nikol Paşinyanın mətbuat konfransında dediyi fikirlərdir.
Paşinyan açıq şəkildə bildirdi ki, Qarabağdakı separatçı rejim öz taleyini özü düşünməlidir.
Erməni baş nazirin bu sözlərindən sonra separatçılar toplantı keçirərək, bəyanat qəbul edib. Bəyanatda Paşinyan ittiham olunur, Ermənistan hakimiyyətinin mövqeyinin onların “mübarizəsinə” zərər verdiyi qeyd edilir. Qondarma “nazir” Ruben Vardanyan da bildirib ki, “artıq onlar təkdir və tək mübarizə aparacaqlar”.
Bunun fonunda Ermənistan mediasının Paşinyana yaxın seqmentində Vardanyan başda olmaqla separatçılara qarşı kampaniyanın aparılması da diqqət çəkir.
Xankəndində siyasi təşvişlə yanaşı, separatçıların erməni əhalisi üzərində məqsədyönlü şəkildə yaratdığı ictimai təşviş də var. Xüsusilə “ərzaq qıtlığı”, “təczihat problemləri” kimi iddialarla əhalinin gündəlik həyatına ciddi maneələr törədilir.
Son məlumata görə, Vardanyanın göstərişi ilə ermənilərin pul nağdlaşdırılması məhdudlaşdırılıb. Bundan öncə ərzağın talonla verilməsi qərarı verilmişdi.
Ermənistan mediası da yazır ki, bu cür qərarlar əhali arasında məqsədyönlü şəkildə təşvişin yaradılmasına hesablanıb. Bu addımın bir hədəfi “humanitar fəlakət” şousunun yaradılmasıdırsa, digər hədəfi Vardanyanın separatçı rejimdə “hakimiyyəti” ələ almaq istəyidir.
Asif
-
İqtisadi gündəm17:44Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
-
Region16:18Mirzoyan diplomatları da götürüb Türkiyə ilə sərhədə getdi
-
Sağlamlıq14:30"Paxmel"dən sonra nə yemək lazımdır? - Həkim tövsiyəsi
-
Dünya14:00CIA direktorunun Moskvaya gizli səfəri: Trampın Rusiya ilə bağlı planı üzə çıxdı
-
Rəsmi xronika13:41İlham Əliyevin sosial media hesablarında Paşinyanla görüşündən paylaşım edildi
-
Nida Xəbər 13:38Əli Əsədov Oljas Bektenovu təbrik etdi
-
Sosial12:54Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
-
Nida Xəbər 11:30İslam Rzayevin həbs müddəti uzadıldı

























.jpg)













