Qarabağ
Xankəndidə dəhşətli partlayışı kimlər törədib? - ŞOK PLAN/VİDEO
Xankəndidə yanacaq məntəqəsində baş verən partlayış nəticəsində çoxsaylı yaralıların olduğu iddia edilir. Artıq Bakıdan Xankəndidə tibbi yardım da göndərilib. Lakin bu ərazilərdə mərkəzi hakimiyyət tam bərpa olunmadığı üçün hadisənin nəticələrini aradan qaldırmaqda çətinlik yarana bilər.
Burada əsas diqqət çəkən məqam partlayışdan sonra Qarabağın hava məkanının açılması, yaralıların helikopterlərlə Ermənistana daşınması fikirlərinin gündəmə gəlməsidir. Bu fikirlər Ermənistanda bəzi dairələr, xüsusilə radikal çevrələrdə təmsil olunanlar və Xankəndində təslim olmağa hazırlaşan separatçılar tərəfindən irəli sürülür. Və bu, partlayışla bağlı müəyyən şübhələrə də yol açır.
Əgər partlayış hazırlanmış təxribatın nəticəsidirsə, bunu hava məkanının açılmasını istəyənlər edə bilər. Hava məkanının açılmasında ən çox maraqlı olanlar isə separatçılardır, həm keçmiş, həm hazırki “rəhbərlər”.
- keçmiş “rəhbərləri” təhvil-təslim prosesinin sonunda həbs edilmək təhlükəsi ilə yaşayır: onlar Laçın yolundan çıxmağa risk etmədikləri üçün helikopterlə getməkdə maraqlıdır;
- hazırki “rəhbərlər”in əsas missiyası isə Azərbaycanın əlinə keçməsini istəmədikləri sənədləri, yaxud hansısa daşına bilən əşyaları “təhlükəsiz” şəraitdə bölgədən çıxarmaq ola bilər;
Bu baxımdan, partlayışın arxasında separatçıların dayanması versiyası istisna edilməməlidir. Onlar üçün insan ölümünün o qədər də əhəmiyyətli olmadığı işğal dövründən bəllidir.
Benzin çəninin dolu olub-olmaması da hadisə ilə bağlı ehtimalların yönünü dəyişə bilər, əgər çən dolu olubsa, bu partlayış ermənilərin Ermənistana getməsini səngidəcək. Çünki yanacaq problemi var idi, Yevlax görüşündə də Azərbaycanın mərkəzi hakimiyyətindən yanacaq istəmişdilər və bununla bağlı dəstək aldılar. Ermənilərin Ermənistana daşınması əsasən nəqliyyat vasitələri ilə həyata keçirilir, bu baxımdan, partlayan yanacaq çəni dolu olubsa, bu, nəqliyyatın hərəkətində problemlər yaradacaq. Ermənilərin kütləvi getməsini istəməyənlər də partlayışıda maraqlı ola bilər.
Asif Nərimanlı
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!












.jpg)



.jpg)

.webp)

.jpg)

















