Qarabağ
Üzüsarıqlı “yaralılar” separatçılardır? - Xankəndindəki partlayışın pərdəarxası
Xankəndidə baş verən partlayışda yarananlar Ermənisana təxliyə edilir. Azərbaycanın mərkəzi hakimiyyəti yaralılara tibbi yardım göndərməkdə davam edir, o cümlədən, Ağdam, Sabirabad və Saatlı mərkəzi xəstəxanaları yaralıların qəbulu üçün hazırlanıb. Hərçənd, ermənilər yaralıları əsasən Ermənistana aparmaqda israr edirlər. Hazırda təxliyə quru və hava yolu olmaqla iki istiqamətdə həyata keçirilir.
- Təcili tibbi yardım maşınları ilə Laçın sərhəd-keçid məntəqəsindən keçirlər;
- Helikopterlərlə daşınmanın həyata keçirilməsi üçün hava məkanından şərait yaradılıb;
İddialara görə, 100-dən çox yaralı tanınmaz haldadır, erməni mediasında yayılan fotolarda da yaralıların əsasən üzlərinin sarındığı görünür.
Baş verənlər partlayışın arxasında separatçıların dayandığı ehtimalına dair şübhələri daha da artırır.
Birincisi, prioritet yaralılara tibbi xidmət göstərməkdirsə, nə üçün daha yaxın məsafədə olan Ağdam, Sabirabad və Saatlı xəstəxanalarına gətirmirlər?!
İkincisi, yaralıların sayı ilə bağlı açıqlanan rəqəmlər nə dərəcədə doğrudur?!
Üçüncüsü, yaralıların əksəriyyətinin üzlərinin sarıqlı olması diqqət çəkir: yanğın nəticəsində üz nahiyəsinin yanması əsasən alova yaxın məsafədə baş verir, əgər iddia edildiyi qədər yaralı varsa, bu qədər insanın alova yaxın olması realdırmı?!
Bu şübhələr fonunda ən vacib detal separatçıların partlayışın təbii səbəblərdən baş verməsi haqda dedikləridir. Azərbaycanın bölgədə mərkəzi hakimiyyəti bərpa etdiyi vaxt separatçıların partlayışa görə günahı Bakının üzərinə yıxmaqdan imtina etməsi təəccüblüdür, xüsusilə Ermənistanda və beynəlxalq müstəvidə aparılan kampaniya fonunda. Separatçılar partlayışın təbii qəza olduğunu yalnız bir halda deyə bilərlər: hadisə təxribatdır və təşkilatçıları özləridir;
Partlayışa görə Azərbaycanı ittiham edərlərsə, rəsmi Bakının araşdırmanı nəzarətə götürməsi və həqiqətləri ortaya çıxarmasından çəkinirlər.
Bu amillər partlayışın hava məkanının açılmasına və separatçı “liderlərin” bölgədən qaçışına nail olmaq məqsədi daşıdığı versiyasını bir qədər də gücləndirir. İstisna deyil ki, üzü sarıqlı yaralılar arasında separatçılar var və onlar qaça bilmək üçün erməni əhalisi qurban veriblər.
Asif Nərimanlı
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
-
Dünya10:00Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib?
-
Nida Xəbər 09:12Emin Ağalarov ilk dəfə AÇIQLADI: İlham Əliyevlə belə tanış olub
-
Cənubi Qafqaz08:24MSK yeni məlumat yaydı - Paşinyanın səs faizi düşüb
-
Dünya06:52İsraildən cavab zərbələri: İranın bir neçə şəhərində partlayış səsləri eşidildi
-
Magazin106:16Atamın evləndiyini mediadan öyrəndim - Emin Ağalarov









































