Qarabağ
Vardanyanı neçə illik həbs cəzası gözləyir?
Bildiyiniz kimi, ölkəmizdə məhkəmə hakimiyyəti tamamilə müstəqildir. Odur ki, Vardanyanın neçə il həbs cəzası alacağını məhkəmə müəyyən edəcək.
Bunu Publika.az-a açıqlamasında hüquq üzrə fəlsəfə doktoru, beynəlxalq hüquq üzrə ekspert Elgün Səfərov deyib.

Ekspert bildirib ki, Ruben Vardanyanın barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu cinayət işi başladıb:
"Vardanyanın Azərbaycana qarşı törətdiyi cinayətlər araşdırılacaq, qiymətləndirmələr aparılacaq. İstintaq yekunlaşdıqdan sonra məhkəmə qərar verəcək. Məhkəmə tərəfindən verilən qərarda beynəlxalq təcrübənin də nəzərə alınacağı istisna olunmur".
Hüquqşünas onu da vurğulayıb ki, gələcəkdə Azərbaycanla Ermənistan arasında ekstradisiya ilə bağlı hansısa danışıqlar ola bilər, lakin bu, hələ mümkün deyil:
"Çünki iki ölkə arasında sülh sazişi yoxdur. Təəssüf ki, Azərbaycan Mərkəzi hakimiyyətinin siyasi və faktiki addımlar atmasına baxmayaraq, Ermənistan hökuməti sülhdən boyun qaçırır. Odur ki, ekstradisiyadan və ya hansısa bir amnistiya qərarından danışmaq hələlik absurddur".
Xatırladaq ki, sentyabrın 27-də “Laçın” sərhəd-buraxılış məntəqəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Mehti Kamiloğlu
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək



















.jpg)
















