Qarabağ
Əliyevin Paşinyandan Qərbi Azərbaycan tələbi - Qapalı görüşlərdə nələr olub?
“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı müzakirələrdə Bakının əsas tələblərindən biri azərbaycanlıların öz yurdlarına – Qərbi Azərbaycana qayıtmasının təmin edilməsi, İrəvanın onların təhlükəsizliyinə zəmanət verməsidir. Əliyev bunu əsas şərtlərdən biri kimi irəli sürüb. Rəsmi mənbələrin məlumatına görə, müqavilənin imzalanmasında problemli məsələlərdən biri də budur”.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri iddia edir.
Nəşr yazır ki, Nikol Paşinyan hakim partiyanın üzvləri ilə son qapalı görüşündə bu barədə açıq danışıb:
“Bildirib ki, onlar bir tərəfdən beynəlxalq konvensiyaların əksinə çıxa, qaçqaınların geri qayıtmasını rədd edə bilməzlər, digər tərəfdən isə bunun Ermənistan üçün fəlakət olacağını da anlayırlar. Mümkün hər şeyi edəcəklər ki, bu baş verməsin”.
Nəşr qeyd edir ki, Azərbaycan qaçqaınların öz yurdlarına qayıtması məsələni artıq beynəlxalq gündəliyə daxil etməyə nail olub.
“Artıq ABŞ, Avropa və Rusiyanın yüksək səviyyəli rəsmiləri bu haqda danışmağa başlayıb. Bildirilir ki, bu məsələ Ermənistan-Azərbaycan danışıqlarının mövzusudur. Bu ilin 15 iyulunda Brüsseldə keçirilən Əliyev-Mişel-Paşinyan görüşündə Qərbi azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması məsələsi müzakirə olunub. Görüşdən 10 gün sonra Paşinyan da belə bir müzakirənin olduğunu dolayısı ilə təsdiq edib”, - nəşr yazır.
Asif
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək



















.jpg)
















