Qırmızı.az
Əcnəbilərə vizalar 3-5 gün ərzində verilə bilər - Nazirlik
Azərbaycana xaricdən gələnlərə vizaların verilmə müddətinin 10 gündən 3-5 günədək azaldılması məsələsi gündəmdədir.
Publika.az Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, bu gün Azərbaycanda 60-dan çox şirkət elektron vizaların verilməsi ilə məşğuldur. Yalnız bu il müddətində 10 mindən artıq elektron turist vizası verilib. Ancaq dövlətimizin başçısının tapşırığının əsas məqsədi vizaların daha çevik, daha səmərəli və rahat alınması üçün şəraitin yaradılmasından ibarətdir: “Ona görə də vizanın verilmə müddətinin aşağı salınması, yəni 10 gündən 3-5 günədək azaldılması məsələsi gündəmdədir. Artıq Xarici İşlər Nazirliyi digər dövlət qurumları ilə birlikdə təkliflər və qərar layihələri hazırlayır. Ümidvaram ki, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalar üzrə akkreditasiya yenidən aparılacaq. Turizm şirkətlərinin bu qaydalara tam riayət etmələrinə ciddi nəzarət olunmalıdır. Onların vasitəsilə bu vizaların alınması və bəlkə də, xüsusi mərkəzlərin yaradılması mövzusu bu gün gündəlikdədir".
-
Magazin119:00
Əli Mirəliyev yeni imicindan DANIŞDI: "Məndən ötrü ölənlər olub" - VİDEO
-
Kriminal18:00
Azərbaycandan qaçdığı düşünülən seksual manyak gizli şəkildə çobanlıq edirmiş
-
Sağlamlıq17:21
Xroniki baş ağrısına səbəb olur - Bu dərmanlar təhlükəlidir!
-
Kriminal17:00
Tələbənin maşını ilə dəhşətli qəza törədən gənc həbs edildi - FOTO
-
Cənubi Qafqaz16:40
Bu ölkə Avropanın İrəvana yardımını Bakıya görə blokladı - Ermənistana “soyuq duş”
-
Dəb16:27
Dünya qədər pulu var, amma sevgilisinə normal geyim ala bilmir? - FOTO
-
Nida Xəbər 15:58
Fransa daxili işlər nazirinin bu iddiaları əsassızdır - XİN
-
Nida Xəbər 14:40
Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb