Qırmızı.az
"Asan radio" fəaliyyətə başlayır
Azərbaycanda yeni yaradılan radionun adı açıqlanıb.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov "Report"a bildirib ki, qurumun nəzdində yaradılan radio "Asan radio" adlanacaq.
Onun sözlərinə görə, "Asan radio"nun ilin sonuna kimi efirə çıxması nəzərdə tutulub: "Radionun fəaliyyəti üçün artıq lisenziya əldə edilib. Radionun ofislə və lazımi infrastrukturla təmin olunması, texniki avadanlıqla təchiz edilməsi ilə bağlı addımlar atılıb".
A.Hüseynov qeyd edib ki, hazırda radionun kollektivinin formalaşdırılması, əməkdaşların işə cəlb olunması istiqamətində işlər görülür: "Bu məsələlərlə bağlı ilkin işçi siyahılar hazırlanıb və üzərində işlənilir".
Radionun baş redaktorunun kim olacağına gəlincə, A.Hüseynov qeyd edib ki, bununla bağlı hələlik qərar verilməyib.
O bildirib ki, "Asan radio" "ASAN xidmət"-in nəzdində ayrıca struktur kimi fəaliyyət göstərəcək: "Radio ilkin mərhələdə Bakı və Abşeron yarımadasında yayımlanması nəzərdə tutulub. Radio Azərbaycan dilində efirə çıxacaq. Amma müəyyən xəbərlər, məlumatlar bir neçə dəqiqəlik rus və ingilis dillərində də veriləcək. Milli Televiziya və Radio Şurası buna razılıq verib və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin buna səlahiyəyti var".
Şöbə müdirinin sözlərinə görə, radionun yaranmasında məqsəd daha geniş auditoriyaya çıxmaqdır. Onun fikrincə, dövlət xidmətləri sahəsində ixtisaslaşmış bir radionun yaradılması insanların düzgün, operativ məlumatlandırılmasına, dövlət strukturlarının etibarının gücləndirilməsinə imkan verəcək: "Məqsəd insanları düzgün və operativ məlumatlandırmaq, daha geniş auditoriyaya çıxış imkanı əldə etməkdir".
Qeyd edək ki, sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının iclasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN xidmət) 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilib.
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”























.webp)











