Qırmızı.az
Pensiyaların orta aylıq məbləği 200 manata yaxındır - DSMF
“Ölkə üzrə əmək pensiyaçılarının sayı 2015-ci ilin əvvəlinə 1 290 882 nəfər olub. İlkin məlumatlara görə, 2015-ci ilin 1 oktyabr tarixinə 1 292 591 nəfər təşkil edib və ilin əvvəli ilə müqayisədə 1709 nəfər və ya 0,1 faiz artıb. Pensiyaçıların 778 850 nəfərini və ya 60,2 %-ni yaşa görə, 371 941 nəfərini və ya 28,8 %-ni əlilliyə görə, 141 800 nəfərini və ya 11 %-ni isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir. 2015-ci ilin 1 oktyabr tarixinə əmək pensiyalarının orta aylıq məbləği 175,8 manat olub, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 200 manata yaxındır. Bu isə ölkə üzrə orta aylıq əmək haqqının təxminən 43 faizini təşkil edir”.
Publika.az xəbər verir ki, bunu jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun Pensiya və müavinətlər şöbəsinin müdiri Elşən Məmmədəliyev bildirib.
Şöbə müdirinin sözlərinə görə, əhaliyə göstərilən elektron xidmətlərdən istifadə imkanlarının artırılması məqsədilə Fondun yerli orqanlarında yardım masaları yaradılıb, müntəzəm olaraq elektron xidmətlərin ayrı-ayrı bölgələrdə təşviqi və onlardan istifadə sahəsində maarifləndirmə xarakterli regional təqdimatlar keçirilib. Göstərilənlərin nəticəsi olaraq Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi elektron xidmətlər “Elektron hökumət” portalının statistikasına əsasən ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutub.
E.Məmmədəliyev həmçinin diqqətə çatdırıb ki, bu ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun həm öz saytı (www.dsmf.gov.az), həm də “Elektron hökumət” portalı (www.e-gov.az), vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə iki milyona yaxın vətəndaş yararlanıb ki, bu da ümumi vətəndaş müraciətlərinin azalmasında və şəffaflığın daha da artmasında öz rolunu oynayıb.
Gülnar Əliyeva
-
Region02:00Türkiyədə leysan yağışları daşqına səbəb oldu - Ölən var
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə qazanc gətirəcək
-
Sosial29 Aprel 22:32Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
-
ABŞ29 Aprel 20:48Pentaqon İrandakı əməliyyatın xərclərini açıqladı
-
Magazin129 Aprel 20:12Onun sürprizi Əməkdar artisti ağlatdı
-
Sosial29 Aprel 18:20Metro və avtobuslarda ödənişlə bağlı yenilik
-
Dünya29 Aprel 17:27İngilislər bu məkanları görmək üçün Türkiyəyə axın edirlər – Fotolar
-
Sosial29 Aprel 17:23Vətəndaşa dəstək: Prezidentdən təbii fəlakətin fəsadlarına qarşı mühüm addım




































