Vətəndaşa dəstək: Prezidentdən təbii fəlakətin fəsadlarına qarşı mühüm addım
Bizi izləyin

Sosial

Vətəndaşa dəstək: Prezidentdən təbii fəlakətin fəsadlarına qarşı mühüm addım

Vətəndaşa dəstək: Prezidentdən təbii fəlakətin fəsadlarına qarşı mühüm addım

Mart-aprel aylarında güclü leysan yağışları həm paytaxtda, həm də müxtəlif bölgələrdə ciddi dağıntılara səbəb oldu. Evlərə, infrastruktur obyektlərinə, kənd təsərrüfatına ciddi ziyan dəydi. Təbiət hadisəsinin törətdiyi fəsadlardan heç bir ölkə sığortalanmayıb, lakin əsas məsələ bu fəsadların aradan qaldırılması istiqamətində görülən işlərdir.

Prezident İlham Əliyevin imzaladığı “Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı dövlətin vətəndaşın yanında olduğunu və təbii fəlakət qarşısında tək qalmadığını bir daha isbatladı. Bu, bir daha təsdiq edir ki, Azərbaycan sosial dövlətdir və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində daim vətəndaş dayanır. Vətəndaşların üzləşdiyi bütün problemlərdə olduğu kimi, sel və daşqınların yaratdığı çətinlikdə də dövlət vətəndaşın yanındadır. Prezidentin sərəncamı bunun bariz nümunəsidir.

Yağıntılar nəticəsində yaranmış problemlərin aradan qaldırılması məqsədilə aidiyyəti orqanlar Prezident İlham Əliyevin tapşırığına əsasən operativ tədbirlər həyata keçirdi. Su basmış ərazilər təmizləndi, sel və daşqın suları maneəsiz şəkildə ötürüldü, əhalinin təxliyəsi və təhlükəsizliyi istiqamətində təxirəsalınmaz addımlar atıldı, zərər dəyişmiş infrastruktur bərpa edildi. Prezidentin imzaladığı sərəncam da bu işlərin davam etdirilməsini təmin etmək məqsədi daşıyır.

Sərəncama əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması, gələcəkdə analoji halların təkrarlanmaması məqsədilə 85 milyon manat vəsait ayrılıb. Bununla yanaşı, Fövqəladə Hallar Nazirliyinə 9 milyona yaxın, Bakı Şəhər İcra Hakimiyyətinə 1,5 milyon, Dövlət Su Ehtiyatları Agentliyinə 21 milyon, Avtomobil Yolları Dövlət Agentliyinə 39 milyon, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə isə 15 milyon manat vəsait ayrılıb.

Ayrılan vəsaitlər sel və daşqınların fəsadlarının aradan qaldırılması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini təsdiqləyir. Prezidentin sərəncamı xüsusilə iki istiqamətdə diqqət çəkir.

Birincisi, fəsadların aradan qaldırılması istiqamətində işlər həyata keçirilir.
İkincisi, analoji halların təkrarlanmaması üçün öncədən tədbirlər həyata keçiriləcək.

Təbii fəlakətlərdən heç bir ölkə sığortalanmayıb. İstisna etmək olmaz ki, gələcəkdə mümkün təbii fəlakətlər yenidən fəsadlara yol açsın. Lakin əsas məqam bu kimi hallarda dövlətin vətəndaşın yanında olması və öncədən görülən işlər sayəsində fəsadların nəticəsinin daha az olmasıdır. Dövlət başçısı bununla bağlı müvafiq orqanlara tapşırıqlar verib.

Prezidentin sərəncamı – məsələyə operativ reaksiyası, zərər çəkmiş vətəndaşlara konkret maddi dəstəyin verilməsi, infrastrukturun yaxşılaşdırılması və gələcək risklərin azaldılması ilə bağlı addımları dövlətin vətəndaşlara qayğısının bariz nümunəsidir. Ayrılan vəsait də zərər çəkmiş əhalinin evlərinin bərpasına, yeni fərdi yaşayış evlərinin tikintisinə, infrastrukturun (yol, elektrik, su) təmirinə və kompensasiya ödənişlərinə sərf olunacaq. Bu dəstək təkcə dəymiş maddi ziyanı aradan qaldırmır, həm də vətəndaşların sosial rifahının müdafiəsinə xidmət edir.

Eyni zamanda, ayrılan vəsait həm də istinad divarlarının tikintisinə, drenaj sistemlərinin təkmilləşdirilməsinə, suötürücü sistemlərin möhkəmləndirilməsinə sərf olunacaq ki, gələcəkdə eyni hallar yaşanmasın. Bu tədbirlər ölkəmizin iqlim dəyişikliyinə qarşı dayanıqlılığını gücləndirən amillərdəndir.

Prezidentin sərəncamı və operativ reaksiyası Azərbaycanın təbii fəlakətlərə çevik müdaxilə nümunəsini də göstərir. Dünyanın bir çox ölkəsində, hətta Avropada belə oxşar təbii fəlakətlər zamanı dövlət yardımının gecikməsi, yaxud adekvat olmaması halları baş verir. Azərbaycan dövləti isə hər zaman olduğu kimi, təbii fəlakət hallarında da vətəndaşının yanındadır.

Müəllif: Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm