Qırmızı.az
3-cü qrant müsabiqəsinin nəticələri açıqlandı
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin nəticələrini açıqlayıb.
Müsabiqə 2014-cü ilin noyabrın 10-da elan edilib, qrant iddiaçılarına kömək məqsədilə bir neçə məsləhət seminarı təşkil olunub. Müsabiqəyə bütün elm sahələri və qrant növləri üzrə 74 layihə daxil olub, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müvafiq qeydiyyatdan keçirilib, layihələrin ekspertizası işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri və yerli və xarici müstəqil elmi ekspertlər cəlb olunub.
Müsabiqənin nəticələrinə dair Elmin İnkişafı Fondunun Himayədarlar Şurası tərəfindən qəbul edilən yekun qərara əsasən, gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 500000 manat olmaqla 24 qalib layihə müəyyənləşdirilib.
Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsi üzrə qalib layihələr AMEA-nın Fizika, Riyaziyyat və Mexanika, Radiasiya Problemləri, Kataliz və Qeyri-üzvi Kimya, Neft- Kimya Prosesləri, Aşqarlar Kimyası, Geologiya və Geofizika, Coğrafiya, Botanika, Memarlıq və İncəsənət, Ədəbiyyat institutlarında, AMEA Naxçıvan Bölməsinin Bioresurslar və İncəsənət, Dil və Ədəbiyyat İnstitutlarında, həmçinin Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Turizm və Menecment Universitetində, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda, qeyri-hökumət təşkilatı olan ECORES Ekoloji İnformasiya Analitik Agentliyində yerinə yetiriləcək.
Qalib layihələrdən 21-i fundamental-tətbiqi, 1-i axtarış-innovasiya xarakterlidir, 2 layihə üzrə isə Azərbaycanda AMEA-nın 70 illiyinə həsr olunan "Geologiya və geofizikanın problemlərinin həllində multidissiplinar yanaşma" mövzusunda Gənc Alim və Tələbələrin 6-cı beynəlxalq elmi konfransı və “Regional turizmin davamlı inkişaf prioritetləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Fizika-riyaziyyat və texnika elmləri üzrə 5 layihə, Yer haqqında elmlər üzrə 4 layihə, Kimya elmləri üzrə 5 layihə, Biologiya, tibb və aqrar elmləri üzrə 5 layihə, Humanitar və ictimai elmlər üzrə isə 5 layihə qalib olub. Qalib layihə rəhbərlərindən 17-si qadın, 7-si isə kişidir.
Müsabiqənin nəticələri ilə www.sdf.gov.az internet səhifəsində tanış olmaq olar.
-
Dünya06:1610 yaşlı qız NASA-dan elə bir şey istədi ki... - Foto
-
Elm və təhsil03:18Nazirdən imtahanlarda sual hazırlayanlara müraciət
-
Qoroskop01:40Günün ulduz falı: Güclü emosiyalar sizi sarsıda bilər...
-
Dünya00:45“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı - Foto
-
Nəqliyyat10 Aprel 22:48Bakının mərkəzi ərazilərində yenilik tətbiq ediləcək - Video
-
Magazin110 Aprel 20:36"Nikosayağı" aylar sonra göründü: qardaşının toyunda - Video
-
Dünya10 Aprel 19:50Ukrayna Xəzərdə neft platformalarını vurdu
-
Nəqliyyat10 Aprel 19:30Taksilərlə bağlı qaydalar dəyişdi? - AYNA-dan açıqlama








.jpg)


























