Hadisə
Bu sənaye müəssisəsinin fəaliyyəti dayandırıldı - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, 46 ünvanında yerləşən metaləritmə müəssisəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Belə ki:
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud qurğular isə nasazdır;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;
- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, mövcud olan odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb;
- yanğın su hovuzu mövcud deyil;
- obyektin ərazisində tikililərin və qurğuların yanğına qarşı ara məsafələri dəmir və yanar materiallar yığılmaqla pozulur;
- yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;
- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, 46 ünvanında yerləşən metaləritmə müəssisəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
-
Sosial18:48Lazeroloq Cahanı öldürmək istəyən şəxsə 10,5 il iş verildi
-
Sosial18:12Azərbaycanda yağlarda insan sağlamlığı üçün təhlükəli maddə aşkarlandı
-
Rəsmi xronika16:10İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
-
Dünya14:57NASA-dan Ukraynanın ərazi bütövlüyünə HÖRMƏTSİZLİK
-
Region13:19Türkiyədə turistlərə xəbərdarlıq: 130 dollar cərimələnə bilərsiniz
-
ABŞ12:01Trampın başı dərddə: Məhkəmə iddiası qaldırıldı - Sosial mediada görün nə edib
-
Nida Xəbər 10:12İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində - FOTO
-
Cənubi Qafqaz10:09Ermənistan bu kəndi Azərbaycana qaytaracaq





































