Qırmızı.az
"Keçən ilin son gecəsi" - FOTOLAR
“Qafqaz Universiteti” Mədəniyyət şöbəsi dram özfəaliyyəti kollektivi üzvlərinin ifasında yazıçı-dramaturq Anarın “Keçən ilin son gecəsi” pyesi əsasında hazırlanmış eyni adlı tamaşa Azərbaycan Dövlət Rus Dram Teatrında anşlaqla nümayiş olunub. Tələbələr bu əsəri səhnələşdirmək üçün 4 ay böyük əzmlə çalışıblar.
Tamaşa anaya, evin ocağını sönməyə qoymayan, əmin-amanlıq və sakitliyi qoruyan qadına həsr olunub. "Kеçən ilin sоn gеcəsi" adı simvоlik məna daşıyır. İlin son günü insanları dramaturgiyanın "ayna"sında göstərmək üçün bir vasitədir.
Yaşadığı dövrün bütün sıхıntılarına baхmayaraq, Həmidə хala (Leyla Namazova) dоğmalarına, yaхınlarına, hətta tanımadıqlarına (tеlеviziya diktоru, tеlеfоndan gələn səsin sahibi) sеvinc və səadət arzu еdir. Sеvinci kədərə, kədəri sеvincə qatan Həmidə хala kеçən ilin sоn gеcəsini ikiyaşlı nəvəsi Vaqif istisna olmaqla, tənha yоla salmasına baхmayaraq, mərdliklə kədəri özündən uzaqlaşdırır, övladlarının (Rüstəm-İmran İbişov, Gülarə. Dilarə, Tоfiq) fərəhinə qоşulur. Lakin o, həyat yoldaşı mərhum Qəzənfəri də hеç vaхt unutmur, оnunla kеçirdiyi ömrün həsrətini çəkir.
Qeyd edək ki, tamaşaya baxmağa əsərin müəllifi xalq yazıçısı Anar Rza özü də gəlib. Xalq şairi tələbələrin hazırladığı tamaşanın sonunda gənclik illərini xatırladığını bildirib: “Bu pyesi mən cavan olanda qələmə almışdım. Tələbələr tamaşanı peşəkar səviyyədə oynadılar və məni gənclik illərimə apardılar. Qafqaz Universitetinin rəhbərliyinə və tələbələrə təşəkkür edirəm”.
Tamaşanın rejissoru Zəminə Axundova: “Anarın “Keçən ilin son gecəsi” pyesi elə müəllifin öz istəyi əsasında səhnələşdirilib. Bu əsərin televiziya variantı 80-ci illərin əvvəlində nümayiş olunmuşdu. Eyni zamanda pyes əsasında çəkilmiş film də vardır. “Qafqaz Universiteti”nin tələbələri bu əsər yazılanda hələ doğulmamışdılar. Yəni bu tələbələrin o hissləri verməyi onlar adına böyük qəhrəmanlıqdır. Mən düşünürəm ki, tələbələr bacardıqlarından da artığını etdilər”.
Hazırda “Qafqaz Universiteti” Mədəniyyət şöbəsi dram özfəaliyyəti kollektivi yeni tamaşa üzərində çalışır. Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və yaradıcılığından bəhs edən “Mesenat” əsəri “Qafqaz Universiteti” tələbələri tərəfindən yaxın vaxtlarda səhnələşdiriləcəkdir. Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçiliyini xarici vətəndaşlara tanıtmaq üçün işlənən bu tamaşa, İngilis dilində hazırlanır və Azərbaycanda fəaliyyət göstərən səfirliklər tamaşaya dəvət olunacaqlar.
ANAR
KEÇƏN İLİN SON GECƏSİ
İŞTİRAK EDİRLƏR
1. Həmidə xala – Leyla Namazova
2. Rüstəm – İmran İbişov
3. Dilarə – Nərmin Zərbəlili
4.Tofiq – Əzim Məmmədyarov
5.Gülarə – Xəyalə Məmmədova
6. Süleyman – Rüfət Quliyev
7. Çingiz – Kənan Kərimli
8. Şamil – Sənan İsaqov
9. Leyla – Lalə Əliyeva
10. Səkinə xala – Songül Əhmədova
11. Eynəkli kişi – Cavanşir İbişov
12.Televiziya diktoru – Leyla Məmmədli
13. Qəzənfər – Daşqın Abdullayev
14. Məlumat bürosu işçisi – Pəri Mürsəlova
-
ABŞ21:00Hər şey istədiyimiz kimi olacaq! - Tramp
-
Ekologiya18:48"Qara günlər" başlayır - Yay ayları ilə bağlı xəbərdarlıq edilib
-
Elm və təhsil18:24Ali məktəblər "Məzun günü"nü harada keçirəcək?
-
İdman18:00Görün sevgilisi Əl-Şaaravinin şəklini harasına döydürüb – FOTO
-
Region17:49Köçəryan Paşinyanı Saakaşvili ilə müqayisə etdi: 2007-ci ildə Batumidə ona dedim ki...
-
MDB17:10Moskva rəsmən açıqladı: İrəvana məktub göndərilib
-
ABŞ15:37Dünya bu xəbərdən danışır, qubernator hər şeyi açıqladı: ABŞ gələn həftə...
-
Maraq dünyası14:45Ayda şəhər tikilir, köçmə tarixi də bəllidir – Çox az qaldı





































